Donald Trampın xüsusi elçisi Steve Witkoff və baş diplomat Marko Rubio Ukraynadakı müharibəyə son qoymaq səylərini müzakirə etmək üçün cümə axşamı Parisdə avropalı həmkarları ilə danışıqlar aparacaq.

Ukraynanın xarici işlər və müdafiə naziri müzakirələrdə iştirak etmək üçün Fransanın paytaxtına gəlib.
Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi danışıqlar fevraldan bəri müharibə ilə bağlı ən yüksək səviyyəli transatlantik əlaqəni təşkil edir.
Avropalı diplomatlar ABŞ-ni şərtsiz atəşkəs razılaşması üçün Rusiyaya daha çox təzyiq göstərməyə çağıracaqlarını bildiriblər.
Mənbə: BBC news
Tərcümə etdi: Ayşən Səlimova
