ABC news-un verdiyi məlumata görə, süni intellektin uşaqlara qarşı onlayn zorakılıq vasitəsi kimi istifadə edildiyi müşahidə olunub. Araşdırmalara əsasən onlayn zorakılar uşaqların sosial şəbəkələrdə paylaşdıqları şəkillərdən istifadə edərək onların görüntülərində düzəlişlər edərək süni şəkildə cinsi xarakterli kontent hazırlayıblar.

Texnologiyanın inkişafı uşaqlar üçün təhlükələri artırıb. Mütəxəssislər valideynlərə xəbərdarlıq ediblər ki, övladlarının internetdəki davranışlarına ciddi nəzarət etsinlər, paylaşdıqları məlumatlara və şəkillərə diqqət yetirsinlər.
Müzakirə zamanı texnoloji platformaların məsuliyyət daşıdığı və qanunvericilik səviyyəsində tədbirlərin gücləndirilməsinin vacibliyi vurğulanıb. Ekspertlər valideynlərə uşaqlarla açıq danışmağı, onlara onlayn təhlükələri izah etməyi və şübhəli hallarda hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə ediblər.
Mənbə: ABC News
Tərcümə etdi: Səidə Abasova
