Bu gün:

Ulduzların səsi müəyyən edilib


Alimlərin ulduzların yaşını və kütləsini onların titrəyişlərindən müəyyən etdikləri açıqlanıb.

Avstraliyanın Yeni Cənubi Uels Universitetinin (UNSW) alimləri səmadakı ulduzların alətlər kimi “titrədiyini” və bu titrəmələrin ulduzların yaşı, kütləsi və təkamül vəziyyəti haqqında ipucu verdiyini aşkar ediblər.

NASA-nın Kepler K2 missiyasının əldə etdiyi məlumatlar sayəsində yaşı 4 milyard il olan 27 ulduzdan ibarət M67 ulduz çoxluğu araşdırılıb. Tədqiqat ulduzun daxili hissəsinin bu günə qədər ən əhatəli təhlillərindən biridir.

Elm adamları ulduzların barmaq izi kimi yaydıqları tezlikləri oxuyaraq hər ulduzun daxili quruluşunu, temperaturunu və yaşını müəyyən ediblər. UNSW Fizika Məktəbindən Dr. Claudia Reyesin rəhbərlik etdiyi araşdırmada ulduzların fərqli musiqi notları kimi müxtəlif tezliklər yaydığı və bu tezliklərin ulduzun neçə yaşında olduğunu göstərdiyi müəyyən edilib.

UNSW-dən professor Dennis Stello bildirib ki, bu araşdırma ilə ulduzların daxili quruluşunun daha etibarlı modelləri hazırlana bilər.

Mənbə: Milliyet

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et