Bu gün:

OpenAİ X-ə bənzər yeni sosial şəbəkə üzərində işləyir


OpenAİ özünün X platformasına bənzər sosial media şəbəkəsi üzərində işləyir. Bu barədə "The Verge" nəşrinin yaydığı yeni hesabatda məlumat verilir. Layihə hələ ilkin mərhələdədir, lakin ChatGPT-nin şəkil formatına əsaslanan və sosial lent (feed) funksiyasını əhatə edən daxili prototip artıq mövcuddur.

Hesabatda deyilir ki, OpenAİ bu sosial şəbəkəni ayrıca bir tətbiq kimi istifadəyə verəcək, yoxsa onu ChatGPT tətbiqinə inteqrasiya edəcək – bu hələ məlum deyil.

Bu yeni sosial şəbəkə ilə OpenAİ, İlon Mask-ın X-i və Meta-nın sosial platformaları – Facebook və İnstagram-la rəqabətə girəcək. Həmçinin yeni tətbiq OpenAİ-yə öz süni intellekt modellərini təlim etdirmək üçün real vaxtlı məlumatlara çıxış imkanı yaradacaq və bu imkan hazırda X və Meta platformalarında mövcuddur.

OpenAİ CEO-su Sam Altman-ın bu sosial şəbəkə haqqında rəy toplamaq üçün şəxsi şəkildə kənar şəxslərlə məsləhətləşdiyi bildirilir.

Hazırda layihənin, ümumiyyətlə, ictimaiyyətə təqdim ediləcəyi bəlli deyil, lakin prototipin mövcudluğu OpenAİ-nin hazırkı təkliflərini genişləndirməyə çalışdığını göstərir.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et