Ankara Regional Ədliyyə Məhkəməsi CHP sədri Özgür Özəlin Çağlayan Ədliyyəsi qarşısında çıxışı zamanı şəxsi hüquqlarını pozduğu əsas gətirilərək prezident Rəcəb Tayyib Ərdoğana mənəvi təzminat ödənilməsi qərarını qanuni bilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın CHP sədri Özgür Özəlin prezident Ərdoğana 75 min TL təzminat ödəyəcəyini açıqlayıb.
Sosial media hesabından açıqlama verən Aydın bu ifadələri işlədib:
"26.04.2022-ci il tarixdə CHP sədri Özgür Özəl haqqında Ankara Regional Məhkəməsinin 25-ci Mülki Kollegiyası tərəfindən Çağlayan Ədliyyəsi qarşısında çıxışı zamanı prezidentimizi mühakiməni dağıtmaqda ittiham etdiyinə görə 75 min TL mənəvi təzminat qəti hökmü çıxarılıb".
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova