Donald Tramp Ukraynanın Sumı şəhərində 35 nəfərin ölümü və 117 nəfərin yaralanması ilə nəticələnən Rusiyanın genişmiqyaslı hücumundan bir gün sonra yenidən Vladimir Zelenskini Rusiya ilə müharibəyə başlamaqda ittiham edib.
ABŞ prezidenti bildirib ki, Ukrayna lideri bu münaqişədə “milyonlarla insanın ölməsinə” görə Rusiya prezidenti Vladimir Putinlə birgə məsuliyyət daşıyır.
O, bazar ertəsi Ağ Evdə: “Siz özünüzdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlayırsınız və sonra insanların sizə bir neçə raket verəcəyinə ümid edirsiniz”.-deyib. O bu açıqlamanı bazar günü Rusiyanın Sumı şəhərinə endirdiyi zərbədən sonra verib. Bazar ertəsi gecə isə Moskva şəhərinin kənarları da atəşə tutulub.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva