İspaniyanın Seqoviya şəhərində məşhur Roma akvedukunda bir britaniyalı baxış platformasından yıxılaraq ölüb.
Saat 13 radələrində 63 yaşlı kişi yıxıldıqdan sonra təcili yardım çağırılıb. Kastiliya və Leon regional hökumətindən verilən açıqlamaya görə, hadisə şənbə günü yerli vaxtla 7:00 də baş verib.
Məlumata görə, kişini reanimasiya etmək cəhdləri uğursuz olub və o, hadisə yerində ölüb.
Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf İdarəsi bazar ertəsi CNN-ə verdiyi açıqlamada kişinin ölümünü təsdiqləyib.
"Biz İspaniyada ölən Britaniya vətəndaşının ailəsini dəstəkləyirik və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq" sözçü dedi.
Bu, 98-117-ci illərdə hökm sürən İmperator Trayan dövründə tikilmiş Roma su kəmərini görmək istəyən ziyarətçiləri cəlb edən məşhur turizm məkanıdır. Bu günə qədər istifadə olunan su kəməri Frio çayından Seqoviya şəhərinə su aparır. Mərkəzi hissədə yerdən 28,5 metr (93,5 fut) hündürlükdə dayanan iki qat tağ var.
Mənbə: Cnn news
Tərcümə etdi: Aysu Salahova