Bu gün:

"Blue Origin" tarixi səfər həyata keçirib


2025-ci il aprelin 14-də Blue Origin şirkəti New Shepard NS-31 missiyası çərçivəsində tarixində ilk dəfə tamamilə qadınlardan ibarət ekipajla kosmosa uğurlu uçuş həyata keçirib. 11 dəqiqə davam edən suborbital uçuş zamanı ekipaj üzvləri bir neçə dəqiqə sıfır cazibə şəraitində olub və Yer kürəsini kosmosdan müşahidə edə biliblər.


Ekipajda pop ulduzu Katy Perry, "CBS Mornings" proqramının aparıcısı Gayle King, Blue Origin-in sahibi Jeff Bezosun nişanlısı və jurnalist Lauren Sánchez, keçmiş NASA raket mühəndisi Aisha Bowe, vətəndaş hüquqları fəalı Amanda Nguyen və film prodüseri Kerianne Flynn yer alıb. Uçuşdan sonra Katy Perry və Gayle King Texas səhrasında Yerə enərək emosional anlar yaşayıb və Yerə olan minnətdarlıqlarını ifadə ediblər. Katy Perry uçuş zamanı qızı üçün bir papatya gülü daşıyıb və "What a Wonderful World" mahnısını oxuyub. O bu anı “ən yüksək zirvə” kimi qiymətləndirib. Gayle King isə təcrübəni "sakitləşdirici və dəyişdirici" adlandırıb və insanlığın daha yaxşı gələcəyi üçün çağırış edib.

Lauren Sánchez zarafatla Jeff Bezosa "Əgər mənlə evlənmək istəmirsənsə, məni kosmosa göndərməyə ehtiyac yoxdur",- deyə bildirib. Cütlüyün 2025-ci ilin yayında İtaliyada Bezosun 500 milyon dollarlıq "Koru" yaxtasında evlənəcəyi gözlənilir.

Bu uçuş Blue Origin-in 2021-ci ildən bəri həyata keçirdiyi 11-ci insanlı suborbital missiyası olub və şirkətin kosmos turizmini daha geniş kütlələr üçün əlçatan etmək istiqamətində atdığı mühüm addımlardan biri hesab olunub.


Mənbə: Abc news

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et