Bu gün:

Mark Zukerberq smartfonları əvəz edə biləcək texnologiyanı açıqlayıb


Ünsiyyət qurmağımıza və bir çox fərqli vəzifənin öhdəsindən gəlməyimizə imkan verən smartfonlar yaxın gələcəkdə öz yerini başqa bir texnologiyaya verə bilər.

Meta-nın qurucusu Mark Zukerberq də ötən həftələrdə bu məsələyə toxunub. O, smartfonları əvəz edə biləcək texnologiyanı izah edərək bu texnologiyanın daha “etibarlı” və “daha sürətli” olduğunu bildirib.


Yeni texnologiya ağıllı eynək ola bilər.

Bu yaxınlarda etdiyi çıxışında o, texnologiya ilə qarşılıqlı əlaqəmizin getdikcə daha təbii və sosial təcrübəyə çevrildiyini vurğulayıb. O, gələcəkdə cihazların böyük ekranlar deyil, ağıllı eynəklər kimi daha təmkinli və sürətli təcrübə təqdim edəcəyini düşündüyünü bildirib.


Apple və Meta kimi şirkətlər ağıllı eynək layihələrinə ciddi sərmayələr qoyurlar. Mark Zukerberq bu eynəkləri sadəcə “ekran” kimi görmür. Bu tip cihazlar ani suallarınıza cəld cavab verən şəxsi köməkçi kimi də fəaliyyət göstərə bilər. 


Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et