Bu gün:

Harvard universiteti Trampa meydan oxuyub


ABŞ-də Donald Tramp dünyanın ən nüfuzlu universitetlərindən biri olan Harvard ilə qarşı-qarşıya gəlib.

Universitet müstəqilliyini vurğulayaraq Ağ Evin məktəb rəhbərliyindəki dəyişikliklərə dair istəklərini rədd edib. Harvard prezidenti Alan Garber "Hökumət xüsusi universitetlərin nə  öyrədəcəyinə, kimi  tələbə olaraq qəbul edəcəyinə, hansı sahələrdə çalışacağına və ya tədqiqat işləri aparacağına diktə etməməlidir",-deyib. Tramp rəhbərliyi məktəbdə elmi araşdırmalara dəstək verən 2 milyard dollardan çox federal fondu dondurduğunu açıqlayıb.

Ağ Evin tələb etdiyi hərtərəfli dəyişikliklər universitetin fəaliyyətini dəyişdirəcək və nəzarətin böyük ehtimal hökumətin əlində olacaq.


Mənbə: BBC NEWS 

 Tərcümə etdi:Səfərova Səmayə 

Paylaş
Şərh əlavə et