Bu gün:

"Safe Superintelligence" (SSİ) startapı üçün investisiya cəlb edib


OpenAİ-nin həmtəsisçisi və keçmiş baş elmi işçisi İlya Sutskeverin rəhbərlik etdiyi "Safe Superintelligence" (SSI) süni intellekt startapı "Financial Times"ın məlumatına görə, 32 milyard dollar dəyərində qiymətləndirmə ilə əlavə olaraq 2 milyard dollar maliyyə vəsaiti toplayıb.

Startap artıq 1 milyard dollar vəsait toplayıb və əlavə 1 milyard dollarlıq maliyyələşdirmə mərhələsinin planlaşdırıldığına dair xəbərlər yayılıb. Bildirilənə görə, bu yeni maliyyələşdirməyə Greenoaks rəhbərlik edib, lakin SSİ bu barədə heç bir açıqlama verməyib.

Sutskever 2024-cü ilin may ayında, CEO Sam Altmanı vəzifədən uzaqlaşdırmaq cəhdi ilə əlaqəli olduğu deyilən uğursuz bir hadisədən sonra OpenAİ-dən ayrılmışdı. O, Daniel Gross və Daniel Levy ilə birlikdə SSİ-ni qurub və onların sözlərinə görə, şirkətin yalnız "bir məqsədi və bir məhsulu var: təhlükəsiz super intellekt".

Həmin məhsulun hələ hazırlanma mərhələsində olduğu güman edilir, çünki SSİ-nin rəsmi vebsaytı sadəcə bir missiya bəyanatından ibarət boş səhifəyə bənzəyir.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə




Paylaş
Şərh əlavə et