Yunanıstanın Fransa ilə ortaq raket sistem istehsalçısı olan MBDA şirkəti ilə 16 ədəd “Exocet” tipli gəmi əleyhinə raketin satışı ilə bağlı müqavilə imzalandığı bildirilib.
Yunan mətbuatında yer alan xəbərlərə görə, Yunanıstana rəsmi səfər edən Fransa müdafiə naziri Sebastien Lekornu ilə onun yunan həmkarı Nikos Dendias arasında keçirilən görüşdə müdafiə əməkdaşlığı, yeni silah sistemlərinin əldə edilməsi və müdafiə sənayesində istehsal kimi mövzular müzakirə olunub. Görüş zamanı Yunanıstanın Silahlanma və İnvestisiyalar Baş İdarəsi ilə Fransayla ortaq raket sistemi istehsalçısı olan MBDA şirkəti arasında “Exocet” tipli 16 gəmiəleyhinə raketin satışı üzrə razılıq əldə olunub.
Lekornu görüşün əsas mövzusunun dəniz təhlükəsizliyi olduğunu qeyd edib. O bildirib ki, uzun müddətdir dəniz yolunun təhlükəsizliyi ilk dəfə bu qədər qeyri-sabitlik və təhlükəsizlik problemi ilə üzləşib. Lekornu bu sahədə tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Dendias isə Fransanın Yunanıstanın müdafiəsinə verdiyi əhəmiyyətdən əmin olduğunu bildirib və deyib: "Yunanıstan təhdid etmir, lakin təhdid altındadır. Avropa müdafiə əməkdaşlığını və Avropa müdafiə sənayesini müzakirə etdik".
Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva