Bu gün:

DeepMind "aqressiv " rəqabətə qadağa razılaşmalarına əl atır


Google, OpenAI və digər nəhənglər arasında rəqabət qızışdıqca, aparıcı süni intellekt (AI) mütəxəssislərini saxlamaq getdikcə çətinləşir.

"Business Insider"in xəbərinə görə, "DeepMind", Britaniyada bəzi əməkdaşlarına rəqib şirkətlərdə işləməyi bir il ərzində qadağan edən sərt müqavilələr tətbiq edir.

Bəzi hallarda bu müddət ərzində əməkdaşlara maaş ödənilir və bu da uzunmüddətli məzuniyyət kimi qəbul edilə bilər. Lakin "Business Insider"in yazdığına görə, bu praktika tədqiqatçıların süni intellekt sahəsindəki sürətli inkişafdan kənarda qalması hissinə səbəb olur.

ABŞ-də ötən il Federal Ticarət Komissiyası (FTC) rəqabətə qadağanı (noncompete) əsasən qadağan etsə də, bu, "DeepMind"in Londondakı baş ofisinə şamil edilmir.

Keçən ay "Microsoft"un AI üzrə vitse-prezidenti X platformasında paylaşım edərək "DeepMind" əməkdaşlarının ondan kömək istədiklərini və bu müqavilələrdən necə xilas ola biləcəklərini ümidsizliklə soruşduqlarını bildirmişdi.

Google "TechCrunch"un şərh sorğusuna cavab verməsə də, "Business Insider"ə bu cür müqavilələrdən "seçməli şəkildə" istifadə etdiyini deyib.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et