Rəqəmsal təhlükəsizlik və uşaqların onlayn qorunması sahəsində daha bir mühüm addım atılıb. Meta çətiri altında fəaliyyət göstərən Instagram, 16 yaşından kiçik istifadəçilər üçün platforma istifadəsini məhdudlaşdıran və təhlükəsizlik tədbirlərini artıran yeni qaydalar toplusunu açıqlayıb. Bu qərar xüsusilə gənc istifadəçilərin məzmun istehsalında aktiv olduğu sosial media mühitində həm valideynlər, həm də ekspertlər tərəfindən müsbət qarşılanıb.

Canlı yayımlara məhdudiyyət: Valideynlərin razılığı olmadan yayım yoxdur
“Instagram”ın yeni siyasətinə görə, 16 yaşdan kiçik istifadəçilər artıq valideyn icazəsi olmadan canlı yayıma çıxa bilməyəcəklər. Bu addım gənclərin platformada uyğun olmayan məzmuna məruz qalma riskini azaltmaq məqsədi daşıyır.
Canlı yayım təhlükəsizlik zəiflikləri yarada bilər, çünki o, gənc istifadəçilərə birbaşa və dərhal qarşılıqlı əlaqə yaratmağa imkan verir. Kiber zorakılıq, məxfiliyin pozulması və zərərli insanlarla ünsiyyət kimi təhdidlər bu qərarın arxasında duran ən böyük səbəblərdən biri kimi önə çıxır.
Yeni tənzimləmə təkcə canlı yayımla məhdudlaşmır. İnstaqramda şəxsi mesajlar (DM) bölməsində ədəbsiz və ya şübhə doğuran məzmunlu şəkilləri avtomatik olaraq bulandıran sistem var idi. Lakin gənc istifadəçilər bu funksiyanı söndürə bilər. Yeni tənzimləmə ilə 16 yaşından kiçik istifadəçilər bu bulanıqlaşdırma sistemini artıq söndürə bilməyəcəklər.
Bu xüsusiyyət sayəsində gənclərin arzuolunmaz və ya uyğun olmayan görüntülərlə qarşılaşma riski daha da azalır. Meta tətbiqi bunu "uşaqları onlayn risklərdən qorumaq üçün əsas addım" kimi təsvir edir.
“Meta”nın “Yeniyetmə hesabları” adlandırdığı bu təhlükəsizlik siyasəti Instagram ilə məhdudlaşmayacaq. Önümüzdəki dövrdə Facebook və Messenger kimi digər məşhur platformalara tətbiqi planlaşdırılır.
Bu yeni qaydaların ilk mərhələdə ABŞ, İngiltərə, Kanada və Avstraliya kimi ölkələrdə tətbiq ediləcəyi və bir neçə ay ərzində istifadəyə veriləcəyi bildirilib. Onun qlobal miqyasda da yayılması gözlənilir.
Niyə vacibdir?
Uşaqlar və gənclər sosial media platformalarından fəal istifadə edirlər. Bununla belə, bu platformalar səhv istifadə edildikdə ciddi təhlükəsizlik zəiflikləri yarada bilər. Xüsusilə canlı yayımlar gənclərin heç vaxt görmədikləri insanlarla anında ünsiyyət qurmalarına şərait yaradır ki, bu da bəd niyyətli insanlara qapı aça bilər.
Meta tərəfindən görülən bu tədbir uşaqların daha nəzarətli, təhlükəsiz və sağlam rəqəmsal təcrübəyə sahib olmasını təmin etmək məqsədi daşıyır. O, həmçinin valideynləri uşaqları prosesə cəlb etməklə onların rəqəmsal həyatlarında daha fəal rol oynamağa təşviq edir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
