ABŞ-nin Ukraynadakı nümayəndəsi Sumidə ölənlərin sayı artdıqca Rusiyanın hücumları "bütün mənəvi sərhədləri aşır", - deyə vurğulayıb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Rusiyanın Sumiyə hücumları nəticəsində azı 34 nəfərin öldüyünü bildirib. ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq hücumların “hər bir mənəvi sərhədi” keçdiyini bildirib. Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Putini ABŞ-nin atəşkəs təklifinə məhəl qoymamaqda ittiham edib. Rusiya prezidenti cümə günü ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşüb. Ukraynadakı müxbirimiz yazır ki, ukraynalılar üçün sülh və ya atəşkəs qaçılmaz görünür.
Mənbə: BBC News
Tərcümə etdi: Asiman Vəliyeva
