
Luiziana məhkəməsi beynəlxalq əlaqələr üzrə təhsil aldığı Kolumbiya Universitetinin kampusunda Fələstin tərəfdarı nümayişlərdə fəal iştirak edən beynəlxalq tələbə Mahmud Xəlilin deportasiyası ilə bağlı ABŞ-ın immiqrasiya mühafizə qərarını qüvvədə saxlayıb.
Amerika Vətəndaş Azadlıqları İttifaqının bəyanatında deyilir: "Bugünkü məhkəmə iclasından dərhal sonra immiqrasiya hakimi Mahmud Xəlilin ABŞ-ın immiqrasiya qanununa əsasən çıxarıla biləcəyinə qərar verdi".
Ağ Evin yeni administrasiyası martın 8-də saxlanılan 30 yaşlı Xəlilin həbsinin Amerikanın bir sıra şəhərlərində kütləvi etirazlara səbəb olmasına baxmayaraq, immiqrasiya orqanları vasitəsilə deportasiya edilməsini istəyib.
Bu həftənin çərşənbə günü Ağ Ev dövlət katibi Marko Rubio tərəfindən imzalanmış iki səhifəlik məktub şəklində yüksək səs-küylü işə dair mövqeyini rəsmi şəkildə ifadə edib.
Xəlil həm də Fələstin tərəfdarı etirazlarda iştirak etdiyinə görə həbs edilən ilk amerikalı tələbə olub. Onun deportasiya qərarı onun “green card”, uşaq dünyaya gətirmək üzrə olan həyat yoldaşının isə Amerika pasportunun olmasına baxmayaraq verilib.
Əvvəllər ABŞ səlahiyyətliləri “green card” sahiblərini yalnız ağır cinayətlər və ya immiqrasiya qanunlarının təkrar pozulmaları halında deportasiya edirdilər.
Lakin bu dəfə prezident Donald Tramp özünün Truth Social sosial media platformasına müraciət edərək, Xəlili “xaricdən gələn radikal tələbə, Həmas tərəfdarı” adlandırıb və bunun “bir çox həbslərdən yalnız birincisi” olduğunu deyib.
Gələcəkdə Trump tələbələri universitetləri vasitəsilə "qanunsuz etirazlarda" iştirak etdiklərinə görə cəzalandıracağını vəd edib - rəhbərliyi qeyri-qanuni hərəkətlərə yol verən təhsil müəssisələrini federal maliyyədən məhrum etməklə.
Xəlilin vəkillərinin sözlərinə görə, ittiham tərəfi onun deportasiyası üçün heç bir əsas təqdim edə bilməyib.
Xəlil özü özünü siyasi məhbus adlandırır.
Mənbə: bbc
Tərcümə etdi: Fatimə Umarbəy
