Bu gün:

Albert Saniger sərmayəçiləri aldatmaqla ittiham olunur


Albert Saniger süni intellektlə alış-veriş tətbiqi Nate-in qurucusu və keçmiş SEO-su sərmayəçiləri aldadaraq onları fırıldaq etməkdə ittiham edilib. ABŞ Ədalət Nazirliyinin açıqlamasına görə, Saniger, şirkətinin istifadəçilərinə hər hansı bir elektron ticarət saytından yalnız bir kliklə alış-veriş etməyi təmin edəcəyini iddia edərək, sərmayəçiləri yanıldıb. 

2018-ci ildə qurulan Nate, Coatue və Forerunner Ventures kimi tanınmış sərmayəçilərdən 50 milyon dolların üzərində vəsait toplayıb. Şirkət 2021-ci ildə Renegade Partners tərəfindən idarə olunan 38 milyon dollarlıq A Seriyası investisiyasını da cəlb edib. 

Lakin ABŞ Ədalət Nazirliyinin Cənubi Nyu-Yorkdakı məhkəməsinin məlumatına görə, Nate-in tətbiqi süni intellektdən istifadə etmədiyi halda, tətbiq istifadəçilərinin alış-verişlərini yerinə yetirmək üçün Filippindəki bir çağrı mərkəzində yüzlərlə insan podratçısına güvənirdi. Bu fakt, 2022-ci ildə The İnformation tərəfindən araşdırılıb və açıqlanıb. 


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et