Bu gün:

"Sevgi. Ölüm. Robotlar" antologiyası ekranlara qayıdır - yeni sezonun treyleri yayımlandı


Netlix "Sevgi. Ölüm. Robotlar" animasiya serialının 4-cü sezon treylerini təqdim edib. Treylerdə  dinozavrların qladiator döyüşləri, uçan rok ulduzları, qeyri-adi ev heyvanları və s görə bilərik.

Yeni epizodların süjeti hələlik sirr olaraq qalır. Treylerə əsasən, qeyri-adi personajlarla tamamlanan yenidən elmi fantastika, qorxu və qara komediya birləşməsini izləyə biləcəyik.

Şounun əvvəlki hissələrində işləyən Tim Miller (Deadpool, Sonic the Hedgehog) və David Fincher (Mindhunter, The Girl with the Dragon Tattoo) icraçı prodüser kimi çıxış edirlər.

4-cü mövsüm mayın 15-də Netflix-də yayımlanacaq.

Mənbə: lifehacker

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et