Bu gün:

"Mandela effekti" nədir?


Nelson Mandela məşhur azadlıq mübarizəsi aparan və aparteid əleyhinə mübarizədə fəal istirak edən, həyatının 27 ilini həbsxanada keçirən şəxsdir. Bununla belə, onun təsirli hekayəsi müasir həyatımızda tez-tez çəkilir,  çünki çoxları onun 1980-ci illərdə həbsxanada öldüyünü aydın şəkildə xatırlayır. Əslində isə Mandela həbsdən sonra uzun və mənalı bir həyat yaşayıb: 1994-1999-cu illərdə Cənubi Afrikanın prezidenti olub və 2013-cü ildə, 95 yaşında vəfat edib.


Bu faktlara baxmayaraq, bir çox insanlar hələ də Mandellanın həbsxanada öldüyünə dair xatirələrinə inanır. Bu heyrətamiz fenomen yəni, geniş yayılmış, lakin həqiqətə uyğun olmayan kollektiv bir inanc – “Mandela effekti” adlandırılıb. Maraqlıdır ki, bu fenomen müxtəlif kontekstlərdə geniş şəkildə müşahidə olunub.


Bəs necə olur ki, beynimiz bizi heç vaxt baş verməmiş hadisələri xatırlamağa inandıra bilir? Və niyə böyük insan qrupları eyni yanlış yaddaşa sahib ola bilər? 

Psixoloqların “Mandela effekti” haqqında bildikləri budur.

Beynimiz yalançı yaddaşları necə yaradır?


Mandela effekti tez-tez yalançı yaddaşın bir nümunəsi kimi qəbul edilir—ağlınızda həqiqət kimi görünən, amma əslində qismən və ya tamamilə uydurma olan bir xatirə. Beynimizin bizə bu cür "yalan danışması" inanılmaz görünsə də, yalançı yaddaşlar olduqca tez-tez baş verir.
Tədqiqatçılar izah edir ki, beynimizin işlək yaddaşı, əldə olan biliklərə əsaslanaraq detallı xatirələr qurmaq üçün müxtəlif ipuclarından istifadə edir. Bu, keçmiş hadisələri xatırlamağa və hətta gələcək hadisələri təsəvvür etməyə kömək edir. Bu quruluş prosesi “xatırlama-xəyal etmə sistemi” adlanan bir mexanizmdə baş verir – bu, yaxın keçmişə aid xatirələr və yaxın gələcəkdə baş verə biləcək hadisələrin simulyasiyaları ilə dolu olan zehni bir sahədir.


Lakin bu sistem müxtəlif səbəblərdən zaman-zaman səhv işləyə bilər. Müasir yaddaş araşdırmaları göstərir ki, insan yaddaşının həmişə dəqiq olduğu fikri yanlışdır. Əksinə, bəzi alimlər iddia edirlər ki, müəyyən dərəcədə bütün xatirələr yalançı ola bilər.

"Mandela effekti" yaddaş və psixologiyadan kənara çıxırmı?


Ağılla işləyən müxtəlif sahələrdə yaddaşın səhv olduğunu yaxşı bilirlər. Yaddaş zamanla itir, səhvlər edir və həmişə etibarlı ola bilməz. Bu razılaşdırılmış anlayış, yalançı yaddaşları başa düşməyimizə kömək edir. Lakin kollektiv yalançı yaddaş fenomeni psixologiya və neyroelm sahələrinin biliklərindən daha da irəliyə gedir.

Mandela effekti hələ də mürəkkəb bir eniqmadır. Onun mahiyyətini anlamağa çalışan cəhdlər yalnız komplo tipli nəzəriyyələrə gətirib çıxarıb—mövcud elmi anlama qabiliyyətlərimizin hüdudlarından kənarda qalan, kəşf olunmamış ərazilərə işarə edən—zehinin, bizim əlimizdən qaçan qəribəliklərə qarşı olan gücünün bir şahidi olaraq qalır.

Mənbə: Psychology today 


Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et