Bu gün:

Çinin yeni gəmisi


179,8 metr uzunluğundakı nəhəng gəmi 120 gün ərzində özünü təmin etmək üçün nəzərdə tutulmuşdu.


Çin yer qabığının altındakı mantiyanı tədqiq etmək üçün dəniz dibinə millər qazmaq üçün tikilmiş adı “Yuxu” mənasını verən nəhəng qazma gəmisi olan Meng Xiang-ı istismara verib. Bu missiya uğurla başa çatarsa, o, Yerin daxili hissəsi və planetimizi formalaşdıran tektonik qüvvələr haqqında mühüm sirləri üzə çıxara bilər.

2024-cü ilin noyabrında istismara verilən Meng Xiang-ın dəniz dibinin 11 kilometrə qədər dərinlikdə qazma qabiliyyətinə malik olduğu məlumdur.


Dünyanın bu miqyasda elmi qazma qabiliyyətinə malik digər gəmiləri Meng Xiang-ın hədəflədiyi qazma səviyyəsindən geri qalır. Yaponiyanın “Chikyu” gəmisi maksimum yeddi kilometr dərinliyə qaza bildiyi halda, o vaxtdan etibarən istismardan çıxarılan ABŞ-a məxsus “JOIDES Resolution” gəmisi isə 8,4 kilometr dərinliyə qədər qazma qabiliyyətinə malik idi.

179,8 metr uzunluğundakı nəhəng Meng Xiang gəmisi 120 gün ərzində özünü təmin etmək üçün nəzərdə tutulub və 180 nəfərlik ekipajı qəbul edə bilir. Gəminin həmçinin geologiya, geokimya, mikrobiologiya və okeanoqrafiya kimi sahələrdə tədqiqat aparan doqquz elmi laboratoriyası var.


Dünyada indiyə qədər qazılmış ən dərin süni çuxur Rusiyanın şimalındakı Kola yarımadasında yerləşir. Dərinliyi 12 262 metrə çatan süni dəlik Menq Xianqın qazma qabiliyyətindən təxminən 1 kilometr dərindir, baxmayaraq ki, okeanın dibindəki daha incə qabıq Çin gəmisinin daha dərinə enməsinə imkan verəcək.

Qitə qabığının qalınlığı 37,5 kilometr olan kontinental hissələrlə müqayisədə, qalınlığı cəmi beş-yeddi kilometr olan okean qabığı bu sahədə tədqiqatlar üçün əhəmiyyətli üstünlük verir. Dinamik geoloji hərəkətlərin yer qabığını daha da nazikləşdirdiyi ərazilər də var, məsələn, orta okean silsilələri.

Əvvəlki tədqiqatlarda bu nazik qabıqlı bölgələr Yer mantiyasından nümunələr götürmək üçün istifadə edilmişdir. Lakin Meng Xiang yer qabığının kilometrlərlə altına enərək birbaşa mantiyaya çatmağı hədəfləyir.

Menq Xiang müvəffəq olsa, bəşəriyyətin Yerin quruluşu, geologiyası və planeti formalaşdıran qüvvələr haqqında anlayışında inqilab edə bilər.

Çin Geoloji Xidmətinin Quançjou Dəniz Geoloji Kəşfiyyatının direktoru Xu Zhenqiang, "Bu tədqiqat bəşəriyyətə o insanları daha yaxşı başa düşmək, qorumaq və istifadə etməkdə kömək edəcək" dedi: "Yerin dərin nüvəsi nümunələri elm adamlarına plitə tektonikası, okean qabığının təkamülü, qədim dəniz iqlimi və həyatın inkişafı haqqında birbaşa sübutlar verəcəkdir."

Texas Universitetinin seysmik stratiqrafı Ceyms Ostin 2024-cü ildə “Science” jurnalına Çinin belə bir gəmi təqdim etməsindən məmnun olduğunu, lakin ABŞ-ın “artıq belə bir layihəyə sahib olmamasından” kədərləndiyini söylədi.


Yerin daxili quruluşu üç əsas təbəqədən ibarətdir: yer qabığı, mantiya və nüvə, mantiya yer qabığının bir az altında yerləşir və qalınlığı təxminən 2900 kilometrdir. Əsasən silikat minerallarından ibarət olan bu təbəqə yuxarı hissədə 500-900 dərəcəyə, aşağı hissədə isə 4000 dərəcəyə çatır.


Bərk, lakin uzun müddət ərzində maye kimi hərəkət edən mantiya iki hissəyə bölünür: litosfer və astenosfer və bu hərəkətlər zəlzələlərdən tutmuş vulkanlara qədər bir çox geoloji prosesləri istiqamətləndirir. Okean qabığının nazik olduğu bölgələrdə daha əlçatan olan bu təbəqənin birbaşa tədqiqi Yerin quruluşunu anlamaqda böyük əhəmiyyət kəsb edir.


Mənbə : Euronews 

Tərcümə etdi: Mina Yadigarlı 


Paylaş
Şərh əlavə et