Bu gün:

Xarici dildə zəif oxumaqdansa, ana dilində oxumaq daha əlverişlidir


24media.az-ın bu dəfəki müsahibi Təhsil eksperti Elçin Süleymanovdur. O, xarici dildə təhsilin çətinlikləri barədə öz fikirlərini bildirib.

Uşaqlar xarici dildə təhsilə başladıqda hansı imkanlarla və çətinliklərlə üzləşə bilərlər?

-Xarici dil təbii ki, hər bir insan üçün faydalıdır. Yeni bir dil yeni dünyagörüşü deməkdir. Amma təhsil alarkən burda ana dili əsas baza hissəsi, təməl sayılır. Uşaq anadan olarkən 4, 5 yaşından onun dil və nitq mədəniyyəti formalaşır, sonra təhsil almağa başlayır. Əgər uşaq Azərbaycanlıdırsa, ilk olaraq, azərbaycan dilini yaxşı şəkildə bilməlidir. Təməl dili ana dili, başqa dillər isə köməkçi dil olmalıdır. Həmçinin indiki dövrdə xarici dildə təhsil almaq populyardır. Azərbaycan dili sağlam şəkildə öyrənildikdən sonra üzərinə başqa dillər əlavə oluna bilər. Buna görə də valideynlər bu kimi nüanslara diqqət yetirməlidirlər. Təhsilin yerli dildə olması arzuolunandır, sadəcə müxtəlif fənnlər, dəqiq, təbiət fənləri ingilis və başqa dillərdə alına bilər, lakin mühakimə qabiliyyəti və təhliletmə bacarığının doğma ana dilində olması daha yaxşıdır.

Məktəblərdə başqa dillərin öyrənilməsini nə kimi müsbət, mənfi təsirləri vardır?

Məktəblərdə hal-hazırda 2 istiqamətdə, sırf xarici dildə təhsil və xarici dil ağırlığında fənlər tədris olunur. Burada xarici dil öyrənmək müəyyən məqsəd daşımalıdır və buna uyğun olaraq fərdi planlar hazırlanmalıdır. Əlavə olaraq qeyd edim ki, əsas yaxşı mütəxəssis olmaqdır. Məslən, əgər dili bilib, öz ixtisası üzrə işləməzsə, bu bir işə yaramır. Buna görə də hər bir hissə düzgün inkişaf etdirilməlidir. Mütəxəssis dil bacarıqlarını inkişaf etdirərək bu proseslərə qoşula bilər. Amma dil bilib, mütəxəssi olmaq çox zaman ala bilər. Buna görə də məqsəd və hədəf qarışdırılmamalıdır. Xarici dildə zəif oxumaqdansa, ana dilində oxumaq daha əlverişlidir. Amma ana dilində kifayət qədər hazırlıqlı uşaq üçün də əlavə dil, xarici dilli təmayüllü öyrənilməsi faydalı ola bilər.


Səbuhi Əzənmədli


Paylaş
Şərh əlavə et