Bu gün:

"Azərbaycanda onlayn təhsilin texniki imkanları yüksək səviyyədədir"


24media.az-ın budəfəki müsahibi təhsil eksperti Elçin Süleymanov olub. Müsahibimiz onlayn təhsilin effektivliyindən danışıb.

– Onlayn təhsilin effektivliyini necə qiymətləndirirsiniz? Bu sistem hansı hallarda tətbiq edilə bilər?

Azərbaycanda onlayn təhsil əsasən COVID-19 dövründə məcburiyyətdən tətbiq olunub. Bu zaman həm orta, həm də ali təhsildə onlayn təhsillə bağlı kifayət qədər təcrübə qazanılıb. Dərslər əsasən Zoom və Microsoft Teams platformaları vasitəsilə keçirilirdi. Bu, sonradan bir çox ali təhsil müəssisələrində daha effektiv şəkildə istifadə olunmağa başladı. Yəni beynəlxalq konfranslarda əcnəbi iştirakçılar onlayn qoşulmağa və bəzi universitetlərdə xaricdən müəllimlər cəlb edilməyə başladı.

Ancaq bu proses qanunvericilik çərçivəsində tənzimlənməli, əmək müqavilələri, ödəniş məsələləri nəzərə alınmalıdır. Azərbaycanda onlayn təhsilin texniki imkanları və maddi-texniki bazası kifayət qədər yüksəkdir. Məktəblərdə internet sürəti əsasən yaxşıdır. Düzdür, bütün məktəblərdə onlayn təhsil üçün lazımi texniki şərait mövcud olmaya bilər.  Lakin inkişaf etmiş və yüksək göstəricilərə malik məktəblərdə bu imkanlar əlçatandır. Bundan əlavə, onlayn təhsil beynəlxalq əməkdaşlığı gücləndirmək, hava şəraiti və digər səbəblərdən əyani dərslərin keçirilməsində yaranan problemləri aradan qaldırmaq üçün əlverişli vasitədir. Həmçinin bəzi ali təhsil müəssisələrində bir neçə qrupun birləşdirildiyi fənlərin tədrisində onlayn format daha effektiv ola bilər.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et