Bu gün:

Metaverse və antisosial davranışlar


Rəqəmsal texnologiyadakı irəliləyişlər gənclər arasında rəqəmsal cihazların istifadəsinin artmasına səbəb olub. 2019-cu il koronavirus xəstəliyi pandemiyası və ardınca sosial məsafə siyasətlərinin tətbiqi bu dəyişimi daha da sürətləndirib. Nəticə olaraq, "metaverse" adlı yeni bir anlayış yaranıb. Metaverse insanların görüşməsi, sosiallaşması, işləməsi üçün oynamaq, əylənmək və yaratmaq imkanı verən bir virtual reallıq kainatıdır.


Bu icmal metaverse anlayışının və əsas xüsusiyyətlərinin ümumi bir baxışını təqdim edir və onun real dünyada istifadəsinin nümunələrini verir. Həmçinin uşaqlıq və gəncliyin özünəməxsus inkişaf xüsusiyyətlərini izah edir və metaversenin onlara olan mümkün mənfi təsirlərini, o cümlədən asılılıq, antisosial davranış, kibermobinq və kimlik qarışıqlığını açıqlayır. Bu icmal metaversenin nisbətən yeni bir anlayış olduğunu nəzərə alaraq gələcək tədqiqatlar üçün bir neçə təklif təqdim edir.

Metaverse yeni mədəniyyətlərə açıq və rəqəmsal texnologiyaları yaxşı bilən gənclərin marağını cəlb edir. Xüsusilə Z nəsli metaversə qoşularaq virtual dünyada öz müstəqil mədəniyyətlərini formalaşdırmaq istəyirlər.

Virtual aləm reallıqdan fərqli olan məkanlar, zamanlar, mədəniyyətlər, xarakterlər və sosial sistemlərdə dizayn edilən və yaşayan bir metaverse dünyasıdır. Virtual aləmdə istifadəçilər öz orijinal görüntüləri əvəzinə avatarları vasitəsilə real dünyadakı iqtisadi və sosial fəaliyyətlərə bənzər fəaliyyətlərə qatılırlar. Onlar yeni kəşf etmə, ünsiyyət qurma və nailiyyət əldə etmə yollarını təcrübə edirlər. Kəşf etmə, ünsiyyət qurma və nailiyyət əldə etmə yalnız virtual aləmdə mümkündür və bəzi şeylər real dünyada olduğundan daha səmərəli şəkildə virtual aləmdə təcrübə edilə bilər.

Lifelogging (həyat qeydləri) gündəlik təcrübələri və əşyalarla insanlar haqqında məlumatları qeydə alıb saxlayan və izah edən bir texnologiyadır. Hər an gündəlik həyatımızdan mətn, video, səs və s. kimi müxtəlif formalarla qeydə alınır, serverdə saxlanılır və başqaları ilə paylaşılır. Facebook, Instagram, Twitter kimi platformalar lifelogging metaverse’ə daxil edilə bilər.

Bu platformalar vasitəsilə biz müxtəlif məkanlarda müxtəlif kimliklər nümayiş etdirə bilərik.

Mənbə: National library of medicine 

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et