Bu gün:

Qara dəliklərin akresiya diskləri


Qara dəliklər qaranlıq bölgələrdir və çox yaxınlaşan hər şeyi, hətta işığı udurlar. Lakin qara dəlik ətrafındakı mühit o qədər də qaranlıq deyil. Astronomlar tez-tez oradan akresiya diski adlanan maddənin incə bir diskindən çıxan çox miqdarda işığı görürlər.

Qara dəlik bütün vacib xüsusiyyətlərini, o cümlədən kütləsini, fırlanmasını və cazibə sahəsini akresiya diskində iz buraxaraq əks etdirir. Son 10 ildə astronomlar qara dəlikləri analiz etmək üçün istifadə etdikləri əsas metodlardan biri kimi belə disklərdən gələn işığı öyrəniblər. Həmçinin akresiya diskləri bütün böyük qalaktikaların mərkəzində yerləşən superməhşər qara dəliklərin fırlanmasını ölçmək üçün bilinən yeganə metodu təqdim edir.

Qara dəliklərin akresiya disklerinin fərqi ondadır ki, onlar son dərəcə güclü cazibə sahələrinə məruz qalırlar. Bu intensiv cazibə akresiya edilmiş maddəni işıq sürətinə yaxın sürətlə hərəkət edən orbitlərə çəkir. Və bütün bu maddələr birləşdikcə təsəvvür edilə bilməyəcək qədər çox sürtünmə səbəbindən milyonlarla dərəcəyə qədər istiləşir.

Astronomlar qara dəliklərin fırlanmasını onların disk atomlarının işığının nə qədər enerji itirdiyini ölçərək öyrənirlər. Bu fotonlar nə qədər çox qırmızıya çəkilsə, akresiya diski qara dəlikə daha yaxın olmalı və bununla da daha çox cazibə qüvvəsinə məruz qalmalıdır. Lakin disk cazibənin misilsiz gücü ilə tamamilə parçalanmadan əvvəl yalnız müəyyən bir məsafəyə qədər yaxınlaşa bilər.

Qara dəliyin fırlanması onun akresiya diskinin nə qədər yaxınlaşa biləcəyini və yox olmağa başlamadan əvvəl bu məsafənin necə olacağını müəyyən edir. Nəzəriyyə göstərir ki, atomların diskinin orbitləri ən sabit halda olurlar və dəlik diskinin eyni istiqamətində fırlanır. Həmçinin bir qara dəlik nə qədər sürətlə fırlanarsa, diskinin sabitliyi də o qədər yüksək olur. Buna görə sürətlə fırlanan bir qara dəlik daha sıx bir akresiya diskinə sahibdir ki, bu da işığın daha çox qırmızıya çəkilməsinə və yayılmasına səbəb olur. Və bu qırmızıya çəkməni ölçməklə astronomlar qara dəliyin fırlanmasını müəyyən edə bilirlər.

Mənbə: Astronomy Magazine 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et