Bu gün:

Mars niyə qırmızıdır?


Pas rənginə görə Mars uzun müddətdir ki, "qırmızı planet" adlanır.

Alimlər geniş yayılmış nəzəriyyəni şübhə altına alaraq Marsın fərqli rənginin mümkün mənbəyini aşkar ediblər.

Yerə yaxınlığı və ona göndərilən onlarla kosmik gəmi sayəsində Mars Günəş Sistemində ən çox öyrənilmiş planetlərdən birinə çevrilib.

Orbital və səth alətlərindən əldə edilən məlumatlar Marsın qırmızı rənginin planetin səthini örtən tozun tərkibindəki paslanmış dəmir minerallarından gəldiyini ortaya qoydu.

TRT News-da yer alan xəbərə görə, yeni bir araşdırma Marsdakı qırmızı rəngin əvvəllər düşünüldüyü kimi hematitlə deyil, soyuq suyun varlığında əmələ gələn ferrihidrit adlı mineralla əlaqəli ola biləcəyini ortaya çıxarıb.

Nature Communications jurnalında dərc edilən araşdırma Marsın keçmişində suyun daha çox olduğunu göstərə bilər və planetin yaşayış üçün yararlı olub-olmadığına dair yeni ipuçları verə bilər.

Marsda toz təbəqəsi araşdırılıb

Marsın səthini örtən dəmir oksidinin əmələ gəlməsini anlamaq alimlərə planetin keçmiş iqlimini və ətraf mühitini yenidən qurmağa kömək edə bilər. Bununla belə, toz qatını araşdırmaq olduqca çətindir.

Yeni araşdırmada elm adamları Avropa Kosmik Agentliyinin (ESA) Mars Express və ExoMars Trace Gas Orbiter missiyalarından, həmçinin NASA-nın Mars Reconnaissance Orbiterindən və Curiosity, Pathfinder və Opportunity roverlərindən istifadə ediblər.

Trace Gas Orbiter-in CaSSIS görüntüləmə sistemi Marsda toz hissəciklərinin ölçüsünü və tərkibini müəyyən edib.

Tədqiqatçılar daha sonra laboratoriya şəraitində Mars tozunu simulyasiya edərək müxtəlif növ dəmir oksidlərini tədqiq ediblər. Ferrihidrit və bazaltın bu qarışığının Mars tozuna ən yaxşı uyğun gələn tərkib olduğu müəyyən edilib.

Mənbə: Airturkhaber

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et