Çərşənbə axşamı yayımlanan NASA məlumatları "şəhəri məhv edən" asteroidin 2032-ci ildə Yerə dəyməsi ehtimalının 3,1 faiz olduğunu bildirib. 2024 YR4 adlı asteroid beynəlxalq astronomiya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir.

NASA-nın çərşənbə axşamı açıqladığı məlumatlara görə, asteroidin 2032-ci ildə Yerlə toqquşma ehtimalı 3,1 faizdir ki, bu da onu müasir proqnozlar tərəfindən indiyə qədər qeydə alınan ən təhlükəli kosmik qaya halına gətirir.
Lakin ehtimalların artmasına baxmayaraq, ekspertlər həyəcan təbili çalmağa ehtiyac olmadığını deyirlər. Qlobal astronomiya ictimaiyyəti vəziyyəti diqqətlə izləyir və James Webb Kosmik Teleskopu gələn ay 2024 YR4 kimi tanınan obyektə nəzər salmağa hazırlaşır.
Qeyri-kommersiya Planet Cəmiyyətinin baş alimi Bruce Betts AFP-yə: "Mən panikaya düşmürəm",- deyib.
"Təbii ki, faizlərin artdığını gördükdə bu sizi təşvişə salır və yaxşı hiss etdirmir",- deyib və əlavə edib ki, astronomlar daha çox məlumat topladıqca toqquşma ehtimalı əvvəl artmağa davam edəcək sonra isə sürətlə sıfıra enəcək.
Mənbə: France24
Tərcümə etdi: Səidə Abasova
