Bu gün:

Qlobal istiləşmə: dünyanın ən böyük təhlükəsi


Qlobal istiləşmə nədir?

Qlobal istiləşmə yer səthinin yaxınlığında temperaturun tədricən artması fenomenidir. Bu fenomen son bir neçə əsr ərzində müşahidə olunub və yerin iqlim naxışını pozub.

Qlobal istiləşmənin bir neçə səbəbi vardır və bu səbəblər insanların, bitkilərin və heyvanların üzərində mənfi təsir göstərir. Bu səbəblər təbii və ya insan fəaliyyətlərinin nəticəsi ola bilər. Bu məsələlərin qarşısını almaq üçün qlobal istiləşmənin mənfi təsirlərini anlamaq çox vacibdir.

Aşağıda qlobal istiləşmənin əsas səbəbləri verilmişdir:

İnsan təsiri ilə qlobal istiləşmə səbəbləri

Meşələrin kəsilməsi

Bitkilər oksigenin əsas mənbəyidir. Onlar karbon qazını qəbul edib oksigen buraxır və beləliklə, ətraf mühitin tarazlığını qoruyurlar. Meşələr bir çox daxili və kommersiya məqsədləri üçün kəsilir. Bu isə ətraf mühitin tarazlığını pozur və qlobal istiləşməyə səbəb olur.

Nəqliyyat vasitələrinin istifadəsi

Hətta qısa məsafə üçün belə nəqliyyat vasitələrinin istifadəsi müxtəlif qazların buraxılmasına səbəb olur. Nəqliyyat vasitələri fosil yanacaqları yandırır ki, bu da atmosferə çox miqdarda karbon qazı və digər zəhərli maddələr atır, nəticədə, temperatur artır.

XloroFluorKarbon (CFC)

Kondisionerlər və soyuduculardan həddindən artıq istifadə ilə insanlar CFC-ləri ətrafa buraxır ki, bu da atmosferin ozon qatına təsir edir. Ozon qatı yerin səthini günəşin zərərli ultraviolet şüalarından qoruyur. CFC-lər ozon qatının incəlməsinə səbəb olub ki, bu da ultraviolet şüaların yerə keçməsinə və yerin temperaturunun artmasına yol açır.

Sənaye inkişafı

Sənayeləşmənin artması ilə yerin temperaturu sürətlə yüksəlib. Zavodlardan yayılan zərərli maddələr yerin temperaturunun artmasına səbəb olur.

Qlobal istıləşmənin təbii səbəbləri

Yanğınlar, vulkanlar

Vulkanlar qlobal istiləşməyə ən böyük təbii təsir edən amillərdən biridir. Vulkan püskürmələri zamanı çıxan küf və tüstü atmosferə yayılır və iqlimə təsir edir.

Su buxarı

Su buxarı bir növ istixana qazıdır. Yer kürəsinin temperaturunun artması nəticəsində, daha çox su buxarlaşır və atmosferdə qalaraq qlobal istiləşməyə təsir edir.

Əbədi donun əriməsi

Əbədi don (permafrost) uzun illər ərzində mühit qazlarını özündə saxlayan donmuş torpaqdır və yerin səthinin altında mövcuddur. O, buzlaqlarda tapılır. Əbədi don əridikcə içindəki qazları yenidən atmosferə buraxır və yerin temperaturunu artırır.

Meşə yanğınları

Meşə yanğınları və ya meşə alovları karbon tərkibli tüstü buraxır. Bu qazlar atmosferə yayılır və yerin temperaturunu artıraraq qlobal istiləşməyə səbəb olur.

Qlobal istıləşməni necə nəzarət altına ala bilərik?

Atmosferə karbon qazı və digər istixana qazlarının buraxılması qlobal istiləşmənin əsas səbəbidir. Bu, günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrindən istifadə, meşələrin qorunması, enerji səmərəliliyinin və nəqliyyat vasitələrinin yanacaq sərfiyyatının yaxşılaşdırılması ilə azaldıla bilər.

Mənbə: BYJU'S

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et