Bu gün:

Kvant kompüteri nədir?


Kvant kompüterləri gündəlik istifadə etdiyimiz kompüterlərdən fərqli olaraq kvant bitləri ilə əməliyyatlar həyata keçirir. Kvant mexanikasının prinsiplərindən istifadə edərək bu tip kompüterlər, hətta ən güclü kompüterlərin imkanlarından kənara çıxmağı bacarır.

Klassik kompüterlər məlumatı 0 və 1-dən ibarət bit şəklində saxlayır. Kvant kompüterlərinin iş prinsipi isə bu kompüterlərin hesablama gücünü milyon dəfə artırır. Bu kompüterlərin mürəkkəb məsələlərin həllində sürəti son dərəcə yüksəkdir.


Kvant kompüterləri geniş miqyaslı məlumat dəstlərini çox tez emal edə bildiyi üçün geniş istifadə sahəsinə malikdir. Tibb, kimya, maliyyə, süni intellekt, avtomobil və sənaye kimi sahələrdə istifadə oluna bilər.


Kvant kompüterləri məlumatların təkmil şifrələnməsi, strateji texnologiyaların inkişafı və mürəkkəb alqoritmlərin daha sürətli işlənməsi kimi sahələrdə də istifadə oluna bilər.


Bundan əlavə, o, elektrik cərəyanına deyil, elektron və proton kimi atomaltı hissəciklərin fiziki xüsusiyyətlərinə əsaslanır. Bu sayədə klassik kompüterlərlə müqayisədə avtomaltı səviyyədə işləyən kvant kompüterləri daha kiçik bir sahədə çox daha böyük sürətlə işləyə bilir. Bu kompüterləri hazırlamaq üçün dəqiq işləmək lazımdır.


Mənbə: Onedio

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et