Alimlər Peru sahillərində 42 milyon illik balina növünün dəlillərini aşkar ediblər. Bu tapıntı kifayət qədər heyrətamiz olsa da, bu balinanın fərqli bir xüsusiyyəti var idi: quruda gəzmək üçün dörd ayağı olub.

Bu yeni Peregocetus pacificus növünün kəşfi dənizçi məməlilərin təkamülünə yeni işıq salıb.
Fosil sübutları müasir delfinlərin və balinaların təxminən 50 milyon il əvvəl Eosen dövründə Cənubi Asiyada yaşayan kiçik, dördayaqlı, dırnaqlı heyvanlardan törədiyini müəyyən edib.
Elmi ictimaiyyət bu heyvanların Şimali Amerikaya 41,2 milyon il əvvəl gəldiyini daha əvvəl müəyyən edib. Bu son kəşfi bu qədər əhəmiyyətli edən isə bu dördayaqlı balinanın 42,6 milyon yaşında olmasıdır. Beləliklə, təkamülçü bioloqları müəyyən edilən vaxt çərçivələrini yenidən qiymətləndirməyə məcbur edib.
Bundan əlavə, Current Biology jurnalında dərc olunan bu kəşf qədim balinaların Qərb yarımkürəsindəki ilk vətəninin Şimali Amerika deyil, Cənubi Amerika olduğunu açıqlayıb.
Mənbə: allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
