Çimborazo Ekvadorun mərkəzində And dağları silsiləsində yerləşən sönmüş stratovulkandır. 6,263 metr yüksəklikdə olan bu zirvə Ekvadorun ən yüksək dağı və dünyanın ən yüksək dağlarından biridir. Çimborazo təkcə alpinistlər üçün məşhur bir məkan deyil, həm də mədəni və ekoloji əhəmiyyətə malik bir yerdir.
Dağ 819 000 akr ərazini əhatə edən "Çimborazo Vəhşi Təbiət Qoruğunun" içində yerləşir. Bu qoruq zəngin bitki və heyvan müxtəlifliyi ilə seçilir. Xüsusilə, burada yerləşən bataqlıqlar And flamingosu, And çobanaldadanı və And ördəyi kimi bir çox quş növü üçün yaşayış mühiti yaradır.
Çimborazo eyni zamanda böyük mədəni əhəmiyyət daşıyır. Dağ Ekvadorun yerli icmaları tərəfindən əsrlər boyu müqəddəs sayılmışdır və onun adı yerli Keçua dilindən gəlir, mənası isə "qarla örtülü zirvə" deməkdir. Çimborazo, həmçinin Ekvador tarixində mühüm rol oynayıb – müstəmləkə dövründə ispan səyyahları tərəfindən naviqasiya üçün əlamətdar bir məkan kimi istifadə olunub.
Əgər Çimborazo Ekvadora səfər etməyi planlaşdırırsınızsa, səfərinizi daha maraqlı və unudulmaz etmək üçün bir neçə məsləhət:
1. Havanı nəzərə alaraq səfərinizi planlaşdırın Çimborazo əyalətinə səfər üçün ən yaxşı vaxt iyun-sentyabr aylarını əhatə edən quraq mövsümdür. Bu dövrdə hava mülayim və açıq olur ki, bu da dağ mənzərələrini kəşf etmək və yürüş üçün ideal şərait yaradır.
2. Yerli bələdçi tutun
Əgər Çimborazo vulkanına və ya ətrafdakı dağlara yürüş etməyi düşünürsünüzsə, yerli bələdçi tutmaq yaxşı bir fikirdir. Bələdçilər sizə ərazi haqqında qiymətli məlumat verə, marşrut boyunca təhlükəsizliyinizi təmin edə bilərlər. Bundan əlavə, yerli bələdçi tutmaq yerli iqtisadiyyata dəstək olmaq və onların biliklərinə hörmət göstərmək deməkdir.
3. "Çimborazo Vəhşi Təbiət Qoruğunu" ziyarət edin
Bu qoruq vikuniyalar, lamalar və And kondoru da daxil olmaqla, nadir və nəsli kəsilməkdə olan bir çox bitki və heyvan növünün məskunlaşdığı ərazidir. Burada təbiətin gözəlliyini hiss edə və unikal canlılarla tanış ola bilərsiniz.
4. Yerli festivallarda iştirak edin
Çimborazo əyaləti zəngin mədəni ənənələri, musiqisi, rəqsləri və festivalları ilə tanınır. Əyalətdəki ən məşhur festivallardan biri Pawkar Raymidir. Bu festival And xalqlarının yerli mədəniyyətini və ənənələrini qeyd etmək üçün keçirilir və rəngarəng mərasimlər, musiqi və rəqslərlə doludur.
5. Riobamba şəhərini kəşf edin
Çimborazo əyalətinin paytaxtı olan Riobamba, yerli mədəniyyət və mətbəxi tanımaq üçün əla bir yerdir. Şəhərdə Museo de Arte Relixicozo de la Konsepsyon kimi bir neçə muzey və tarixi məkan da var. Burada keçmişin izlərini araşdıraraq Ekvadorun zəngin tarixini daha yaxından öyrənə bilərsiniz.
Mənbə: Amigos de las Americas
Tərcümə etdi: Arzu Qafarova