"Yeni Dünya Xəritəsi" 1680-ci ildə Amsterdamda Frederik De Wit tərəfindən nəşr olunub. Bu dünya xəritəsi iki yarımkürəni-Şimal və Cənub qütblərinin xəritəsini əks etdirir və Qərb Yarımkürəsinə dair yeni coğrafi məlumatlar təqdim edir. De Wit-in xəritəsi Şimali və Cənubi Amerika qitələrinin daxili hissələrinə dair daha çox təfərrüat təqdim edir, məsələn, Böyük Göllər artıq bir su gövdəsindən daha çox olaraq təsvir olunur və Cənubi və Mərkəzi Amerikanın forması modernləşdirilib. Şimal və Cənub qütblərinin xəritəsi o dövrdəki coğrafi biliklər haqqında fikir verir; məsələn, Qrenlandiya və Skandinaviya, Kanada, Qərbi Avropanın bəzi hissələri Arktik Dairənin içərisində yerləşir. “Yeni Dünya Xəritəsi” həm coğrafi təfərrüatlarına, həm də "fiqurlu kartlar” ilə cəlbedici dizaynına görə məşhur idi.
Bu xəritə klassik antik dövrün incəsənət üslubu ilə təsvir edilib. Burada təsvir olunan "fiqurlu kartlar” fəsilləri, bürcləri və dörd küləyi əks etdirir. Burada təsvir olunan dörd fəsil Jacob Matham-ın 1589-cu ildəki təsvirləri və Hendrick Qoltzius-un 1594-cü ildəki sənət əsərlərinin fikirlərindən ilhamlanıb. De Wit fəsillərin dəyişməsini bu təsvirlər vasitəsilə şəxsiləşdirib və bunu dizayn və rəngləmə texnikaları ilə işarə edib.
Bahar
De Wit xəritəsində bahar ilə əlaqəli üç bürcü də personifikasiya edir: Qoç, Buğa və Əkizlər. Qoçun zoomorfik təsviri kiçik, buruq buynuzlu bir qoç şəklindədir və üzərində şən bir körpə mələk oturur. Buğa, yəhərli çiçək qoşqusu ilə təsvir edilir və üzərində təkəri çəkən körpə mələk eyni zamanda bir boruya üfləyir. Baharla əlaqəli son bürc Əkizlərdir, buğa yanında iki əkiz ilə təsvir olunub. Əkizlərdən biri təkəri dartmağa çalışır, digəri isə buğanı sözləri ilə təşviq edir.
Xəritənin sağ üst küncündə baharın ədalət ilahəsi təsvir edilib. Bahar Roma gözəllik və sevgi ilahəsi Veneranı əks etdirir. Bu alleqoriyanı onun çiçək tacı və yanında sevgi oxları ilə tanınan oğlu Kupido vasitəsilə başa düşmək olar. Venera yarı-çılpaq, qırmızı pərdəyə bürünən və başında çiçək tacı ilə təsvir edilib. Veneranın əyilib Kupido-nun başından götürdüyü çiçək tacına baxdığı görünür. Ön planda bir çox açan çiçəklər, o cümlədən Hollandiyanın zənginlik və lüks simvolu olan iki lalə var. Arxa planda isə Renessans dövrünə bir ehtiram göstərən kiçik, qanadlı çılpaq uşaqlar, körpə mələklər təsvir edilib.
Baharın yaya keçidi xəritənin yuxarı hissəsində iki körpə mələk vasitəsilə göstərilib: biri çiçək tacı, digəri isə taxıl yarpaqlarından düzəldilən bir tac geyinib.
Yay
Şəkilin sol tərəfində yay ayları ilə əlaqəli üç bürc simvolu - Xərçəng, Şir və Qız yerləşir. Ən uzaqda, fonun sol tərəfində tam geyimli bir qız oturur, bu Qız bürcünün personifikasiyasıdır. Qız əllərində iki dəstə taxıl tutaraq təsvir olunur. Qızın yanında bir körpə mələk şirin başını tutaraq Şir bürcünü simvolizə edir. Üzərində uçan başqa bir körpə mələk isə parlaq qırmızı rəngdə, "xərçəngə bənzər" bir böcək saxlayır ki, bu da orta əsrlərdə Xərçəng bürcünü təmsil edən bir simvol olub.
Yay tam geyimli, taxıl yığan bir qadın kimi təsvir olunub. Burada yay Roma kənd təsərrüfatı və məhsul ilahəsi Ceresi personifikasiya edir. Ceresi qızıl taxıl tacı və sol əlində məhsulun simvolu olan oraq ilə başa düşmək olar. Digər əli ilə isə körpə mələk taxıl dəstələrini necə bağlamağı göstəriş verir. Körpə mələklər taxıl biçir, daşıyır və dəstələyirlər ki, bu da yay aylarında baş verən adi fəaliyyətlərdəndir.
Payız
Payızla əlaqəli bürclər Tərəzi, Əqrəb və Oxatandır. Tərəzi bürcünü təmsil edən tərəzi burada Bacchus(şərab və əyləncə tanrısı)-un arxasında bir körpə mələk tərəfindən daşınır. Tərəzinin yanında parlaq qırmızı əqrəb saxlayan başqa bir körpə mələk var ki, bu Əqrəbi təmsil edir. Nəhayət, dörd kiçik körpə mələk fonun arxasında göstərilir və onlardan biri qaçan Kentavra birbaşa ox atır. Həm oxçu, həm də Kentavr Oxatan bürcünün simvollarıdır.
Payızın alleqorik təmsilində şərab ilahəsi Bacchus əsas fiqur kimi satirlər (yarı keçi, yarı insan) və körpə mələk tərəfindən müşayiət edilir. Bacchus yarı-çılpaq formada, yarpaq tacı ilə təsvir olunub və böyük bir qabdan şərab içir. Bacchus və ətrafındakıların sərxoş vəziyyətdə olduğu onların duruşu, üz ifadələri və yerə sərilən, əlində hələ də stəkan tutan fiqurdan aydın görünür.
Qış
Qışla əlaqəli üç bürc Oğlaq, Dolça və Balıqlardır. Oğlaqın simvolik təsviri körpə mələk tərəfindən çəkilib döyülən bir keçi ilə göstərilir. Kindling odunun tüstüsü yaxınlığında başqa bir körpə mələk dayaz bir qaba su tökür, bu hərəkət Dolça bürcünün simvolik aktını ifadə edir. Son olaraq, dirəyə asılan və qurudulmaq üçün saxlanılan iki balıq balıqlar bürcünü təmsil edir.
Payızdan qışa keçid torpağın daha az yaşıl görünməsi ilə göstərilib. Qışın alleqoriyası küləklərin ilahəsi və kralı Aeolus ilə təmsil olunur. Aeolus uzun geyimlərdə, tülkü quyruqlu yaxalı heyvan dərisi palto geyinən və əlində əsa tutaraq təsvir edilib. Ümumilikdə, əhval daha qaranlıqdır, yuxarıda qara buludlar asılıb və fonun arxasındakı körpə mələklər təlaşla kral üçün ziyafət hazırlayırlar. Qışın sərt soyuğunu göstərmək üçün bir körpə mələk kiçik bir odun yanında büzüşərək isinməyə çalışır. Odun üzərində isə yerkökü, kələm və şalğam kimi qış məhsulları təsvir olub.
Mənbə: Mizzou
Tərcümə etdi: Nigar Muştaqova