Hüceyrə, canlı orqanizmlərin ən kiçik təməl vahidi kimi hesab edilir. Bütün canlılar – həm təkhüceyrəli, həm də çoxhüceyrəli orqanizmlər hüceyrələrdən ibarətdir. Hüceyrənin daxilində orqanizmin funksiyalarını yerinə yetirən orqanoidlər və genetik məlumatı daşıyan DNT mövcuddur.

Hüceyrə nədir?
Hüceyrə canlıların təməl hissəsidir və hər bir hüceyrə orqanizmin yaşaması üçün lazım olan bütün bioloji funksiyaları yerinə yetirir. İnsan bədəni milyardlarla hüceyrədən ibarətdir və bu hüceyrələr müxtəlif növ ola bilər. Məsələn, əzələ hüceyrələri, sinir hüceyrələri və dəri hüceyrələri kimi müxtəlif funksiyaları olan hüceyrələr var.
Hüceyrənin əsas komponentləri bunlardır:
Hüceyrə membranı: Hüceyrəni xarici mühitdən ayırır və maddələrin keçidini tənzimləyir.
Nüvə: Genetik məlumatı özündə cəmləşdirən quruluşdur. Hüceyrənin idarəetmə mərkəzi kimi xidmət edir.
Sitoplazma: Hüceyrə daxilində orqanoidlərin yerləşdiyi və kimyəvi reaksiyaların baş verdiyi sahə.
Mitoz və Meioz: Hüceyrə bölünməsi yeni hüceyrələrin meydana gəlməsinə imkan verir.
Genetika nədir?
Genetika canlıların irsiyyətini və genetik məlumatlarını öyrənən elm sahəsidir. Genetika hüceyrələrdəki “DNT”nin necə işlədiyini və bu məlumatın nəsildən-nəslə ötürülməsini öyrənir. Genetik məlumat orqanizmlərin xüsusiyyətlərini müəyyən edir və bu məlumat DNT molekulunda kodlanır.
Hüceyrə və genetika əlaqəsi
Hüceyrələr, genetik məlumatı daşıyan və idarə edən strukturlar olaraq, genetik materialın düzgün istifadəsi və ötürülməsi üçün son dərəcə vacibdir. Genetik məlumat hüceyrələrin necə işlədiyini müəyyənləşdirir və hüceyrənin həyati proseslərini tənzimləyir. Məsələn, hüceyrə bölünməsi zamanı genetik materialın dəqiq surətdə çıxarılması və ötürülməsində mühüm rol oynayır.
Hüceyrə və genetika biologiya və tibb elmlərinin təməl daşlarıdır. Hüceyrələrin quruluşu və funksiyaları, genetik məlumatların necə ötürülməsi bütün canlıların sağlam həyatda qalması üçün həyati əhəmiyyət kəsb edir. Bu sahədə irəliləyişlər səhiyyə, biotexnologiya və kənd təsərrüfatı kimi bir çox sahədə əhəmiyyətli inkişaflara səbəb olur.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
