Donald Tramp ABŞ alimlərinin atomu ilk dəfə parçaladığını iddia etdikdə bu, geniş müzakirələrə səbəb olub. Bir çoxları bu nailiyyəti ser Ernest Raderforda aid edir, çünki o, 1919-cu ildə azot atomuna radioaktiv hissəciklər göndərərək onu oksigenə çevirib və protonu aşkar edib. Lakin Radərford bunu “parçalanma” deyil, “dağılma” adlandırıb.
Raderfordun rəhbərliyi altında 1932-ci ildə Con Kokroft və Ernest Uolton ilk dəfə süni yolla atom nüvəsini tam şəkildə iki hissəyə bölüb. 1934-cü ildə Enriko Fermi nüvə reaksiyalarını tədqiq edib və ağır elementlərə neytron şüaları göndərərək yeni elementlər yaratmağa çalışıb. 1938-ci ildə Otto Han və Fritz Ştrassman onun təcrübələrini təkrarlayaraq nüvə parçalanmasının həqiqətən baş verdiyini sübut ediblər.
Bu kəşflər nüvə enerjisinin inkişafına və 1942-ci ildə Manhetten layihəsinin başlanmasına səbəb olub. 1945-ci ildə atom bombaları yaradılıb və nüvə texnologiyası hərbi və mülki sahələrdə tətbiq olunmağa başlanılıb. Bugünkü "CERN" tədqiqatları, xüsusilə Böyük Hadron Kollayderi (LHC) atomların parçalanmasını öyrənərək kainatın ən fundamental sirrlərini araşdırmağa davam edir. Bu proses Radərfordun erkən təcrübələrinin davamı kimi qiymətləndirilir, lakin daha geniş miqyasda həyata keçirilir.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli