Babilin Asma bağları dünyanın yeddi möcüzəsindən biri hesab edilən qədim bağlardır və Babilin kral sarayının yaxınlığında yerləşdiyi düşünülür. 21-ci əsrin əvvəlinə qədər Babilin Asma bağlarının yeri hələ də mütləq şəkildə müəyyən edilməyib. Lakin bağların quruluşu və yeri ilə bağlı bir çox nəzəriyyə mövcuddur.
Bəzi tədqiqatçılar bu bağların dam bağları olduğunu irəli sürüb. Digər bir nəzəriyyə isə, britaniyalı arxeoloq Leonard Valley tərəfindən məşhurlaşdırılmış, bağların Babilin kral sarayının divarları içərisində inşa edildiyini və əslində, "asma" deyil, "havada" olduqlarını təklif edib, yəni bunlar ziqurat terraslarında qurulmuş dam bağlarıdir və Fərat çayından suvarma nasosları ilə sulanılıb. Hətta bu bağların ya semi-mifik kraliça Sammuramatın ya da Babilin kralı II Nebukadnəzarinin əməli olduğu düşünülüb. II Nebukadnəzar bu bağları həyat yoldaşı Amutisi sevindirmək və onun doğma torpaqlarına olan həsrətini bitirmək üçün inşa etdirib.
20-ci əsrin sonları və 21-ci əsrin əvvəllərində aparılan tədqiqatlar Babilin üstündəki damda və ya terraslı ziquratda yerləşdiyi düşünülən Asma bağlarının populyar nəzəriyyələrinin yanlış anlaşılmalar ola biləcəyini göstərib. Bunun əvəzinə, sonrakı bir nəzəriyyə klassik mənbələrdəki qarışıqlıq səbəbindən Asma bağlarının əslində Sennaxerib tərəfindən Ninevada inşa edilən bağlar ola biləcəyini irəli sürüb. Bu tədqiqatlar bağların təbii dağ mənzərəsini təqlid etmək üçün nəzərdə tutulmuş bir əyilmiş quruluşda yerləşdirildiyini və yeni bir suvarma sistemi ilə sulandığını təklif etib, bəlkə də bu sonradan Arximed şlanqı olaraq bilinən sistemin ilkin istifadəsi kimi istifadə olunub.
Bağların yeri və tikilmə tərzi ilə bağlı mübahisələr hələ də davam edir, lakin Babilin Asma bağları bugün də qədim dünyanın ən maraqlı sirrlərindən biri olaraq qalır. Araşdırmalar müxtəlif nəzəriyyələr təklif etsə də, onların tam olaraq necə göründüyü və harada yerləşdiyi barədə heç bir yekun nəticə əldə olunmayıb. Bu, həm tarixçilər, həm də arxeoloqlar üçün hələ də araşdırılacaq geniş bir mövzudur.
Mənbə: Britannica
Tərcümə etdi: Arzu Qafarova