Bu gün:

Panama Kanalının qısa tarixi


19-cu əsrdə Sakit okeandan Atlantikaya daha qısa bir yol tapmaq məsələsi kəskin şəkildə gündəmə gəldi. Kanal layihəsini həyata keçirmək istəyən ölkələr arasında ABŞ, Böyük Britaniya və Fransa var idi. Fransadan, yeri gəlmişkən, Eyfel qülləsinin memarı Qustav Eyfel layihə üzərində çalışmış, lakin uğursuzluğa düçar olmuşdu. Layihə iflasa uğradıqdan sonra onun hətta həbs olunmaq təhlükəsi yaranmışdı.

Daha sonra ABŞ bu işi öz üzərinə götürdü və Kolumbiya ilə 100 illik torpaq icarəsi və kanal üzərində nəzarət hüququ barədə müqavilə imzaladı. Lakin Kolumbiya senatı bu razılaşmanı ratifikasiya etmədi. Maraqlı bir təsadüf nəticəsində Panama Respublikası Kolumbiyadan ayrıldı. ABŞ Panamanın müstəqilliyini dərhal tanıyaraq yeni hökuməti dəstəklədi və kanalı müddətsiz icarəyə götürdü.

Panama Kanalının inşasına ABŞ Müdafiə Nazirliyi rəhbərlik etdi. Tikinti prosesi 10 il davam etdi, 70.000 işçi çalışdı və təxminən 5.600 nəfər həyatını itirdi. Kanal və onun ətraf əraziləri ABŞ-ın nəzarətinə keçdi və uzunmüddətli icarəyə verildi.

1977-ci ildə ABŞ prezidenti Cimmi Karter Panama ilə yeni bir müqavilə imzalayaraq, kanalı mərhələli şəkildə Panamanın nəzarətinə qaytarmağa razılaşdı. Bu qərar ABŞ tarixində mübahisəli addımlardan biri kimi qiymətləndirilir. Sonrakı illərdə Panama ABŞ-ın kanaldan istifadəsinə məhdudiyyətlər qoymağa cəhd etdi. 1989-cu ildə ABŞ Panamada qeyri-demokratik çevirilişə müdaxilə etmək bəhanəsi ilə ölkəyə qoşun yeritdi və hökuməti devirdi.

Mənbə:Другая История
Tərcümə etdi:Səid Quliyev

Paylaş
Şərh əlavə et