Zaman səyahəti hər kəsi maraqlandıran məşhur sualdır. "Əgər zamanda səyahət etsəydim, hara gedərdim?" Hamı bu sualı özünə verib və ya bu sualla qarşılaşıb. Zaman səyahəti bir yana qalsın, zamanın özü insanların əsrlər boyu anlamlandırmağa çalışdıqlarını və anlaşılmaz bir sirrdir. Fəlsəfəyə görə, zamanın özü dəyişiklikdir. Fizikaya görə, bizim müşahidə edə bildiyimiz kainatın 4-cü ölçüsüdür.
Klassik mexanika və ya sadəcə olaraq Nyuton fizikası, təməlləri İsaak Nyuton tərəfindən 17-ci əsrdə Philosophiæ Naturalis Principia Mathematica (Təbiət Fəlsəfəsinin Riyazi Prinsipləri) kitabı ilə qoyulub və sonralar bir çox fiziklər və riyaziyyatçılar, xüsusilə də JR Langrange tərəfindən hazırlanıb.
Zamanın mütləq və fiziki cəhətdən dinamikadan və ya müşahidəçilərdən asılı olmaması Nyuton fizikası çərçivəsində zamanda irəli və ya geriyə getməyimizi qeyri-mümkün edir. Bu, birbaşa Nyuton qanunlarının nəticəsidir: Nyutona ətrafında müşahidə etdiyi hadisələri izah etmək üçün mütləq məkan və zaman anlayışları lazım idi və bu anlayışlarla yaradığı fizika təbiəti izah edə bildi. Buna görə də Nyuton fizikasına görə zaman səyahətinin əvvəldən mövcud ola bilməyəcəyini qəbul edirik.
1905-ci ildə Albert Eynşteyn tərəfindən hazırlanmış Xüsusi Nisbilik nəzəriyyəsinə görə vəziyyət fərqlidir. Eynşteynə görə, baş vermiş və olacaq hər bir şey mövcuddur. Eynşteyn bu cəsarətli ideyası ilə bizim zaman qavrayışımızdakı ən fundamental anlayışlardan birini məhv etdi. Eynşteyn yaxın dostu və uzun illər əməkdaşlıq etdiyi Mişel Bessonun ölümündən sonra ona xitabən yazdığı məktubda deyib :
"O, bu qəribə dünyanı məndən bir az öncə tərk etdi. Bunun heç bir mənası yoxdur. Bizim kimi fizikaya inanan insanlar; keçmiş, indiki və gələcək zaman arasındakı fərqin yalnız inadkar bir illüziyadan ibarət olduğunu çox yaxşı bilirlər".
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Sona Osmanova