Bu gün:

İngilis dili necə ortaq dil oldu?


Necə oldu ki, ingilis dili dünyada ən çox yayılmış dilə çevrildi? Bu dilin tarixi mənşəyi və iqtisadi gücü onun qlobal ünsiyyət vasitəsinə çevrilməsinə necə imkan verdi?

Bu gün təxminən 2 milyard insanın danışdığı ingilis dili dünyanın ortaq dili hesab olunur. Lakin bu, təsadüfi deyil. İngilis dili bu mövqeyə bir çox tarixi, iqtisadi, elmi və mədəni inkişafın təsiri ilə gəlib.

Britaniya İmperiyasından tutmuş ABŞ-ın yüksəlişinə, sənaye inqilabından rəqəmsal dövrə qədər bir çox amillər ingilis dilini qlobal dilə çevirib. Bəs bu proses necə başladı? İngiltərə ingilis dilinin bütün dünyaya yayılmasında ilk böyük addımı atdı.

17-ci əsrdən etibarən Asiya, Afrika və Amerikadakı koloniyalara qurulan hökmranlıq ingilis dilini yalnız ingilislər deyil, bütün dünyada milyonlarla insanın dilinə çevirməyə imkan verdi. İngilislər fəth etdikləri torpaqlarda təhsildə və ticarətdə öz dillərindən istifadə etməyi məcbur edərək bu yayılmanı sürətləndirdi.

İngiltərədən sonra Amerika Birləşmiş Ştatları, xüsusilə İkinci Dünya Müharibəsindən sonra ticarət və texnologiya sahəsində liderliyi ingilis dilini beynəlxalq münasibətlərin, elmin və medianın əvəzsiz dilinə çevirib. 19-cu əsrdə elmi araşdırmalar geniş vüsət aldıqda ortaq elmi dildən istifadə zərurəti yarandı. ABŞ İkinci Dünya Müharibəsindən sonra İngiltərənin itirdiyi gücü ələ keçirməklə ingilis dilinin təsirini artırdı. Hollivud filmləri, caz və rok-n-roll musiqisi kimi mədəniyyət məhsulları ingilis dilinin bütün dünyada yayılmasına böyük töhfə verdi.

İngilis dilinin bu sahədə hökmranlığı Sənaye İnqilabından sonra daha da gücləndi. Bu gün elmi nəşrlərin 90 faizi ingilis dilində hazırlanır. Bu vəziyyətin alimlərin ingilis dilini öyrənməsinə məcbur edir.

Mənbə: Onedio 

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et