Bu gün:

“Haumea” planeti haqqında bunları bilirdinizmi?


Haumea, Günəşə ən yaxın üçüncü cırtdan planetdir və Neptunun orbitindən kənarda yerləşir. O, Plutonun təxminən 1/3 kütləsinə malikdir və 2004-cü ildə ABŞ-dakı Palomar Rəsədxanasının Caltech komandası tərəfindən Mayk Braunun başçılıq etdiyi layihədə kəşf edilib. Bununla belə, Haumea’nın 2005-ci ildə İspaniyadakı Sierra Nevada Rəsədxanasında J. L. Ortizin başçılıq etdiyi bir qrup tərəfindən kəşf edildiyinə dair iddia da var.


Haumea'nı uzanmış formasına görə tanıya bilərsiniz. Bu, onu bütün cırtdan planetlər arasında ən az kürə formasında olan planet edir.

Bir çoxları yumurtaya bənzər formasına görə Haumeyanı “qəribə top” adlandırırlar.

Haumea haqqında faktlar:

•Haumea, Pluton, Makemake və Eris ilə birlikdə Kuiper qurşağında yerləşir. Bu sahə Neptunun orbitindən kənarda yerləşən daha böyük asteroid qurşağına bənzəyir.

•Haumea'nın ellipsoid formasının,onun sürətli fırlanmasının nəticəsi olduğuna inanılır. Fırlanma ilə atılan su şarının necə uzandığını düşünün. Bu fırlanma sürəti, toqquşma mənşəyi ilə birlikdə Haumeyanı bu günə qədər kəşf edilmiş ən sıx cırtdan planetlərdən birinə çevirir.

•Haumea 17 Sentyabr 2008-ci ildə Beynəlxalq Astronomiya İttifaqı (IAU) tərəfindən cırtdan planet kimi təsnif edilib. 

•O, Havay doğum ilahəsi Haumea üçün adlandırılıb.

•Hi'iaka və Namaka adlı iki kiçik peyki var. Bunlar 2005-ci ildə Mayk Braunun komandası tərəfindən kəşf edilib.

•Haumea peyklərinin milyardlarla il əvvəl böyük bir obyektlə toqquşmasının nəticəsi olduğu düşünülür. Bu hadisə Haumea hissələrinin parçalanmasına və planetin ətrafında dönməyə başlamasına səbəb olub.

•Haumea ətrafındaki halqa 2017-ci ildə kəşf edilib. Bu, Neptunun orbitindən kənarda kəşf edilən ilk halqa sistemi idi.

•Haumea'da bir gün cəmi 4 Yer saatı davam edir. Bununla da o, Günəş sistemindəki ən sürətli fırlanan böyük cisimlərdən biridir.

Alimlərin fikrincə, Haumea qalın buz örtüyü olan qayadan ibarətdir. Səthində kristal su buzu olduğu üçün yüksək albedoya malikdir. Əslində, onun qar kimi parlaq olduğuna inanılır. Orta səth temperaturu 50 kelvindən (-223 °C) az olan Haumea çox soyuq bir yerdir. Əslində, günəş işığının Haumea'ya çatması üçün 6 saat vaxt lazımdır.


Mənbə: Theplanets.org

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et