
15 avqust 1977-ci ildə Ohayo Dövlət Universitetinin ərazisində yerləşən Arnold Paul rəsədxanasındakı bir radio teleskopu, daha sonra eşidilən “WOW” siqnalı. Bu siqnal layihəsi yad sivilizasiyalardan mümkün siqnalları tapmaq üçün bir proqram vasitəsilə əldə edilib.
O gün astronomlar səmanın müəyyən bir sahəsini müşahidə edərək, yerdən kənarda həyatın mövcudluğuna işarə edə biləcək siqnalları tutmağa çalışıblar. Ancaq tapdıqları əsl anomaliya olub.
Siqnal “WOW” o qədər parlaq və qeyri-adi olub ki, eşidilmə müddəti təxminən 72 saniyə çəkib. Bu isə ianomaliyanı görmək üçün kifayətdir, lakin dəqiqliyi ilə təhlil etmək üçün çox qısa bir müddətdir. Bu hal siqnalın süni mənşəli ola biləcəyi fərziyyəsini gücləndirib.
Qeyri-adi siqnalı ilk dəfə görən astronom Ceri Eman onun gücünə və xüsusiyyətlərinə o qədər heyran qalıb ki, onu qırmızı qələmlə çərçivələyib və kağıza “WOW” yazıb. Siqnalın adına çevrilən bu söz yalnız alimin heyrətini deyil, həm də bütün elmi ictimaiyyətin təəccübünü simvollaşdırır.

Siqnalın ən maraqlı tərəflərindən biri onun təkliyidir. Bir çox cəhdlərə baxmayaraq, artıq belə siqnallar qeydə alınmayıb. SETI layihəsi çərçivəsində işləyən radio teleskoplar xarici təsir və ya radio siqnallarının əlamətlərini axtarmağa davam edir, lakin "WOW" siqnalı müşahidə olunan bütün anomaliyalardan heç bir izahı olmayan yeganə olaraq qallb. Bəzi alimlər siqnalın peyklərin və ya həvəskar radio siqnallarının müdaxiləsi kimi insan fəaliyyətinin müdaxiləsinin nəticəsi ola biləcəyini fərz ediblər. Lakin ciddi yoxlamalar bu versiyanı təsdiqləməyib.
1977-ci ildə siqnalın aşkarlanmasından bəri mənşəyi ilə bağlı bir çox fərziyyə irəli sürülüb. Ən populyarı əlbəttə ki, mümkün bir yad mənbə fikri olub. Ancaq nə qədər maraqlı səslənsə də, sonrakı tədqiqatların heç biri bu nəzəriyyəni təsdiqləməyib. 2016-cı ildə elm adamları Antonio Paris və Evan Davis siqnalın siqnal qeydə alındığı anda yerin yaxınlığında olan bir kometadan gələ biləcəyini fərz edərək daha məntiqli bir izahat veriblər.
Siqnal “WOW” yalnız elmi kontekstdə deyil, populyar mədəniyyətdə də əhəmiyyətli olub. Yad sivilizasiyaların və astronomiyanın axtarışına həsr olunmuş kitablarda, filmlərdə və məqalələrdə geniş yer alıb. Hər il bu fenomenə maraq çoxalır və hər yeni araşdırma ilə daha çox sual yaranır. Siqnal "WOW"həll olunmamış bir sirr olaraq qalır, tək bir qeyri-adi anomaliyanın bütün nəsil elm adamlarını və sakinlərini daha dərin cavablar axtarmağa necə ilham verə biləcəyinə dair əla bir nümunədir.
Mənbə: www.techinsider.ru
Tərcümə etdi: Fatimə Kərimli
