Bu gün:

Jeff Bezosun tövsiyyə etdiyi 5 möhtəşəm kitab


"Amazon"un qurucusu Jeff Bezos uğurlu karyerası və mütaliə vərdişləri ilə tanınır. O, həm texnologiya dünyasında qazandığı nailiyyətlər, həm də şəxsi inkişaf və liderlik anlayışı ilə ilham mənbəyidir. Jeff Bezosun tövsiyə etdiyi 5 kitab:

1. “The Innovator's Dilemma”  – Clayton Christensen

Bu kitab uğurlu şirkətlərin bəzən yeniliklərə niyə ayaqlaşa bilmədiyini izah edir. Xüsusilə sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün biznesdə qarşılaşılacaq çətinlikləri anlamağa kömək edir.

2. “Good to Great”– Jim Collins

Jim Collins orta səviyyəli şirkətlərin necə mükəmməl bizneslərə çevrildiyini araşdırır. Liderliyin əhəmiyyətini vurğulayır və uğurlu şirkətlərin inkişaf strategiyalarını izah edir.

3. “The Black Swan” – Nassim Nicholas Taleb

Taleb gözlənilməz və həyatımıza böyük təsir edən hadisələri izah edir. Bu kitab dəyişikliklərə uyğunlaşmağı və çətinliklərə hazır olmağı vurğulayır.

4. “Built to Last”- Jim Collins və Jerry Porras

Collins və Porras uzunmüddətli uğur qazanan şirkətlərin ortaq xüsusiyyətlərini araşdırır. Uğurlu biznes qurmaq üçün dəyərli fikirlər təqdim edir.

5. “Lights Out: Pride, Delusion, and the Fall of General Electric” – Thomas Gryta və Ted Mann

"General Electric" şirkətinin uğursuzluq səbəblərini təhlil edir. Həddindən artıq özgüvən, səhv liderlik qərarları və strateji xətaların risklərini göstərir.

Jeff Bezosun bu kitab tövsiyələri şəxsi inkişaf, liderlik və biznes dünyasında uğur qazanmaq istəyənlər üçün dəyərli mənbələrdir.

Mənbə: tgrthaber

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et