Bu gün:

Şaxtanın hakim olduğu ölkələr


Dünyanın müxtəlif guşələrində fərqli iqlim şəraiti mövcuddur, lakin bəzi ölkələr var ki, onların ərazisi illərcə davam edən soyuq və sərt hava şəraiti ilə məşhurdur. Bu ölkələrdə temperatur sıfırın altına düşərək, hətta bəzən rekord dərəcələrə çata bilər. Soyuq iqlimlərdə həyat çətin olsa da, insanlar bu sərt şəraitə uyğunlaşaraq yaşayışlarını davam etdirirlər.

1. Kanada

Kanada gündəlik orta temperaturu 5,35 dərəcə Selsi olmaqla dünyanın ən soyuq ölkəsi statusunu qoruyub saxlayır. Kanadanın şimal hissəsinə çox az yağıntı düşən, ildə təxminən 10-20 sm yağıntı alan quraq bir regiondur. Saskaçevan əyalətinin paytaxtı Regina şəhərində ən soyuq temperatur 1 yanvar 1885-ci ildə mənfi 50 dərəcə selsi olaraq qeydə alınıb.

2. Danimarka

Danimarkada dekabrdan mart ayına qədər davam edə bilən şaxta müşahidə olunur. Danimarkada orta temperatur təxminən 7,7 dərəcə selsi təşkil edir və ən soyuq ay fevraldır, bu zaman temperatur sıfır dərəcə selsiyə qədər düşür.

3. Norveç
Norveçin sahilində qış temperaturu mənfi 20 dərəcə selsiyə qədər düşə bilər və orta hesabla dörd dərəcə selsi civarındadır. Lakin Norveçin şimal hissəsində temperatur ən aşağı mənfi 40 dərəcə selsiyə çata bilər.

4. Finlandiya
Finlandiya orta temperaturu iki dərəcə selsi olan və ən soyuq anlarında mənfi 51,5 dərəcə selsiyə çatan dünyanın ən soyuq ölkələrindən biridir. Ölkə həmçinin cənub-qərbdə təxminən 100 gün, şimaldakı Laplandiyada isə 200 gün davam edən uzun qış mövsümü ilə tanınır

Mənbə: Tempo.co English

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et