Bu gün:

Azərbaycanda poçt sahəsinin tənzimlənməsi




24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi  "Azərpoçt" MMC-nin ictimaiyyətlə əlaqələr  şöbəsinin müdiri Afaq İbrahimovadır. O, Azərbaycanda poçtların vəziyyəti və sayından bəhs edib.

-Azərbaycanda poçt sahəsi necə tənzimlənir və Qarabağda hansı ərazilərdə poçt var?

Hazırda “Azərpoçt” MMC respublika üzrə 1200-dən artıq poçt şöbəsilə vətəndaşlara xidmət göstərir. “Azərpoçt” MMC işğaldan azad edilən ərazilərdə fəaliyyətini davam etdirir. Belə ki, Zəngilan rayonunun Ağalı və Xocavənd rayonunun Hadrud qəsəbələrində poçt şöbələri xidmət göstərir. Eyni zamanda, Füzuli Poçt Filialı tərəfindən işğaldan azad edilən digər ərazilərə, Göygöl filialı tərəfindən isə Kəlbəcər rayonuna xidmət göstərilir. Azərbaycan Respublikasının “Poçt haqqında” qanunu poçt sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və poçt rabitəsi xidmətləri göstərənlərlə istifadəçilər arasında münasibətləri tənzimləyir. Qanunun 2-ci fəslinin 4-cü maddəsində poçt rabitəsi sahəsinin tənzimlənməsi haqqında məlumatlar əksini tapır. 
4.1 Universal poçt rabitəsi xidmətlərinin göstərilməsinin ümumi qaydalarının təsdiqi, keyfiyyət normativlərinin müəyyən edilməsi və bu xidmətlərin tariflərinə dair təkliflər verilməsi


4.1.2. Poçt rabitəsi növlərinin qanunvericiliyə uyğun müəyyənləşdirilməsi


 4.1.3. Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydasının müəyyən edilməsi


 4.1.4. Poçt indekslərinin və nəzarət keçid müddətlərinə dair normativlərin təsdiq edilməsi


 4.1.5. Poçt rabitəsi xidmətlərinin keyfiyyətinə qanunvericiliyə uyğun nəzarət edilməsi


 4.1.6. İstifadəçilərin hüquq və maraqlarının qorunmasının təmin edilməsi


 4.1.7. Milli operatorun fəaliyyəti üzrə beynəlxalq əlaqələrin təşkili


 4.1.8. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq fövqəladə hallarda poçt rabitəsi şəbəkələrinin idarə edilməsi ilə bağlı qaydaların hazırlanması


 4.2. Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir


 Əlavə olaraq “Azərpoçt” MMC-nin fəaliyyəti zamanı “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” qaydaları, “Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında” qanun, “Banklar haqqında” qanunun tələbləri tətbiq edilir.


“Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları”nın 12.11 bəndinə əsasən Poçt göndərişləri və pulköçürmələrinə dair pretenziyalar poçt rabitəsi operatoru tərəfindən baxılmalı və qeydə alındığı gündən 15 iş günü müddətində ərizəçiyə yazılı formada cavab verilməlidir. Pretenziyalar Poçt şöbəsində, filialda və ya yazılı müraciətlə “Azərpoçt” MMC-nin rəhbərliyinə ünvanlanır. Poçt rabitəsi operatoru tərəfindən pretenziyanın təmin olunmasından imtina edildiyi və ya pretenziyanın qismən təmin olunduğu, habelə təyin olunmuş müddət ərzində poçt rabitəsi operatorundan cavab alınmadığı hallarda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir.


Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et