1. Don Kixot – Miquel de Kervantes
İspan yazıçısı Miquel de Kervantes tərəfindən yazılmış "Don Kixot" müasir romanın ilk nümunəsi sayılır. Bu roman, özünü cəngavər hesab edən Don Kixot və onun sadiq dostu Sanço Pansanın macəralarını təsvir edir. Don Kixot xəyal gücünə qapılaraq yel dəyirmanlarını nəhənglər, karvansaraları isə qalalar kimi görür və onlarla döyüşə girir. Əsər idealizm və reallıq arasındakı mübarizəni dərin yumor və insana sevgi ilə əks etdirir.
2. Cinayət və Cəza – Fyodor Dostoyevski
Dostoyevskinin bu heyrətamiz əsəri əxlaqi və psixoloji dərinliyə malikdir. Kasıb bir tələbə olan Raskolnikov, cəmiyyətin pozulmuş nizamına qarşı bir üsyan olaraq bir qadını öldürür. Lakin bu cinayət, Raskolnikovun vicdanı ilə aparacağı bitməyən mübarizənin başlanğıcı olur.
3. Karamazov Qardaşları – Fyodor Dostoyevski
"Karamazov Qardaşları" bir atanın öldürülməsi və üç oğulunun bu cinayətlə olan əlaqələrini izah edir. Dmitri, İvan və Alyoşa Karamazov qardaşları müxtəlif dünya görüşlərini təmsil edirlər. Əsər din, əxlaq, azad iradə və insan ruhunun mürəkkəbliyi ilə bağlı fəlsəfi mübahisələrə yer verir.
4. Səfillər – Viktor Hüqo
Viktor Hüqonun unutulmaz əsəri "Səfillər" Jean Valjeanın həyatını, ədalət, mərhəmət və insanlıq mövzularını işləyir. Uzun illər həbsdə qalan Valjean, həyatını yenidən qurmağa çalışarkən keçmişi və onun ardınca gələn müfəttiş Javert ilə mübarizə aparır. Əsər Fransız cəmiyyətinin inqilabdan əvvəlki və sonrakı vəziyyətini təsvir edir.
5. Anna Karenina – Lev Tolstoy
Realizm cərəyanının öncüsü olan Rus yazıçısı Tolstoy tərəfindən yazılmış "Anna Karenina" quruluş, üslub və axıcılıq baxımından bir şahəsərdir. Kitab xoşbəxt olmayan bir evliliyi olan Annanın Vronski adlı bir adamla tanış olub aşiq olmasını və sonrakı hadisələri izah edir. Əsər sevginin və ehtirasın cəmiyyətin əxlaq qaydaları ilə mübarizəsini işləyir.
6. Vadidəki Zambaq – Honoré de Balzak
Müvəffəqiyyətli təsvirləri ilə məşhur olan Honoré de Balzakın 1835-ci ildə yazdığı "Vadidəki Zambaq" mütləq oxunması lazım olan bir klassikdir. Kitab çətin bir uşaqlıq keçirən Feliksin böyük bir ehtirasla bağlı olduğu sevgisini izah edir. Feliks evli və uşaqlı Henriettaya aşiq olur və ona həyatını fəda edəcək qədər sevir. Sevginin acı tərəfi ilə işlənmiş bu kitab, romantizm cərəyanının ən müvəffəqiyyətli dünya klassikləri arasında yer alır.
7. Notr-Damın Kamburu – Viktor Hüqo
Viktor Hüqonun "Notr-Damın Kambur"u əsəri, çirkin bir uşaq olaraq dünyaya gələn Quazimodonun Esmeraldaya olan kədərli sevgisini izah edir. Quazimodo, ailəsi tərəfindən kilsəyə buraxılır və burada böyüyür. Bir gün gözəl Esmeralda ilə tanış olur və ona aşiq olur. Esmeralda isə başqa bir adama aşiqdir. Qarışıq olan bu sevgi üçbucağında xarakterlər taleyin və cəmiyyətin amansızlığını yaşayır.
8. Svgi və Qürur – Jane Austen
Jane Austenin ən məşhur əsərlərindən biri olan "Sevgi və Qürur" Elizabeth Bennet və cənab Darcy arasındakı əlaqəni izah edir. Kitab sinif fərqləri, qürur və ön yarğı mövzularını işləyərkən, eyni zamanda dövrün sosial quruluşunu tənqid edərək zarafatla doludur.
9. Müharibə və Sülh – Lev Tolstoy
Tolstoyun bu möhtəşəm əsəri, Napoleonun Rusiyaya hücumu zamanı dörd aristokrat ailəsinin həyatını və müharibənin təsirini təsvir edir. Əsər müharibənin dağıdıcı gücünü və sülhün dəyərini dərindən işləyir.
Mənbə: Onedio
Tərcümə etdi: Zeynəb Həsənova
