Bu gün:

Qafqaz Albaniyasının sirri


24media.az-ın budəfəki qonağı tarixçi Zaur Əliyevdir. O, Qafqaz Albaniyası ilə bağlı suallarımızı cavablandırıb.

Qafqaz Albaniyası tariximizin az tədqiq edilmiş sahələrindən biridir. Yazılı mənbələrin çatışmazlığı bəzi xarici tarixçilərin yanlış nəticələrə gəlməsinə səbəb olur.

- Albaniya ekzonim (bir xalqın özünəməxsus olmayan adı) yoxsa endonimdir (bir xalqın öz daxili adı)?

Siyasi və coğrafi tərəfdən baxsaq ekzonim də uyğun gəlir, endonim də.

- Müasir Azərbaycan torpaqlarında məskunlaşmış 32 tayfanın hamısı türkdilli idi?

Regionda türk dilindən başqa dil istifadə olunmayıb.

- Necə oldu ki, Albaniya mərkəzləşmiş dövlətə çevrildi?

Albaniyanın mərkəzləşmiş dövlətə çevrilməsinə səbəb coğrafi amillər idi. Digər xalqların hücumlarını birlikdə dəf etmək üçün onlar birlik olmağı üstün tutdular. 

Və ən çox elmi müzakirə yaradan məsələ Alban dili necə formalaşdı?

Alban dili barədə yüzlərlə fikir var. Mənə görə, əlimdə olan sənədlərə görə, onların ilk istifadə etdiyi əlifba latın qrafikalı idi. Ümumiyyətlə, Albaniya dövləti barədə Azərbaycanda ciddi və dəqiq bir araşdırma yoxdur. Özüm bu barədə yüzlərlə məqalə yazmışam. 


Səid Quliyev

Paylaş
Şərh əlavə et