Bu gün:

Albinizm nədir?


Albinizm dəridə, gözlərdə və saçda rəng piqmentinin az və ya heç olmadığı genetik bir xəstəlikdir. Bu xəstəlik adətən valideynlərdən uşaqlarına ötürülür. Dəri və ya saç rəngindəki fərqlərə görə sosial həyatda da problem yaşayan albinizm xəstələri günəş işığına qarşı çox diqqətli olmalı və buna qarşı tədbir almalıdırlar.


Bu nadir xəstəliyi tamamilə müalicə edəcək və ya aradan qaldıracaq heç bir müalicə hələ ki yoxdur. Latın dilindəki "albus" sözündən yaranan və "ağ" mənasını verən albinizm, orqanizmdə melanin piqmentinin istehsalının ya kifayət qədər olmaması, ya da ümumiyyətlə olmaması halıdır. Albinizmin simptomları aşağıdakılardır: 


Dəri (Skin-ten): Ən çox bilinən simptomlardan biri dəri və saç rənginin normaldan daha açıq və ağ olmasıdır. 


Çillər: Albinosların bədənlərində əsasən çəhrayı rəngdə piqmentli və ya qeyri-piqmentli xallar görünə bilər. Bu xəstəlikdən əziyyət çəkən insanların dərisində çillərə bənzəyən ləkələr ola bilər. 


Saç: İnsanların saç rəngində fərqliliklər yarana bilər. Bu vəziyyət bölgəyə görə dəyişir. Məsələn, Afrika və Asiyada yaşayan bəzi albinoslarım saçı xəstəliyə baxmayaraq sarı və ya qəhvəyi rəngdə ola bilər. Həm də yaşa dolduqca saç rəngi ətraf mühit faktorları səbəbindən qarala bilər. 


Göz rəngi: Albinosların kirpikləri və qaşları çox vaxt solğun görünür. Göz rənginin isə adətən açıq-mavi olmasına baxmayaraq bəzən fərqlənib qəhvəyi çalarlar da əldə edə bilər. Albinos insanların gözləri daxil olan şüaların qarşısını tam olaraq ala bilmədiyinə görə adətən zəif olur. 


Albinizmin səbəbləri nələrdir?


Melanin dəri, saç və gözlərdə melanosit adlanan hüceyrələr tərəfindən istehsal olunur. Hüceyrələrin hər hansı birində mutasiya baş verərsə, bu, melanin istehsalının azalmasına və ya ümumiyyətlə istehsal olunmamasına gətirib çıxarda bilər. Genlərdəki dəyişikliklərdən asılı olaraq müxtəlif növlər əmələ gələ bilər. Melanin günəşin zərərli şüalarını udaraq dərini zədələrdən qoruyur və günəşə məruz qalan dərinin qaralmasını təmin edir. Melanin çatışmazlığı ilə torlu qişa ilə beyin arasındakı sinir əlaqələri pozulur və foveal hipoplaziya deyilən bir xəstəlik, həmçinin görmə pozğunluğu meydana gəlir.


Mənbə: npistanbul


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et