Qədim Şumerdən olan mixi lövhədə 4000 il bundan əvvəlki həndəsə dərsləri haqqında dəyərli məlumatlar var.

Oksford Universitetinin Ashmolean muzeyində sərgilənən lövhədə tələbənin etdiyi səhv hesablama bu günə qədər gəlib çatıb. Görünür, 4 min ildən sonra da tələbələrin səhvlərindən dərs almağa davam edirik.
4000 illik mixi lövhə, erkən riyazi təhsil və yazının inkişafı ilə bağlı mühüm bir mənbə kimi tanınır. 1931-ci ildə müasir İraqın Kiş bölgəsində tapılan bu lövhə, hazırda Oksford Universitetinin Ashmolean Muzeyində saxlanılır və məlum olan ən qədim yazı nümunələri arasında yer alır. Bu lövhə, qədim Babil dövründə şagirdlərin riyaziyyat məsələlərini kağız əvəzinə həll etmək üçün istifadə etdiyi təxminən 20 mixi lövhədən biridir və 4000 illik bir səhvi göstərir.
Təbii ki, tələbə o vaxt lövhədəki 4000 illik səhvi Qədim Şumerdə bir silgi ilə asanlıqla düzəldə bilmədiyi üçün bu lövhə, sözün əsl mənasında, tarixin izlərinə şahidlik etməyə imkan verir. Bu gün isə biz əsrlərə meydan oxuyan universal riyaziyyat fənn dilinin üçbucağın sahəsinin səhv hesablanmasında necə əks olunduğunu görürük!
Tədqiqatçıların fikrincə, diametri 3,2 sm olan dairəvi gil lövhədə uzunluq, hündürlük və sahəyə uyğun gələn mixi yazı fiqurları ilə bir düzbucaqlı üçbucaq təsvir edilib. Hesablamalara görə, üçbucağın sahəsi 3,5156 olmalı idi, lakin tələbə bu dəyəri 3,1468 olaraq yazıb.
Təbii ki, ev tapşırıqlarını edərkən hamımız səhvlər etmişik, lakin bu səhv, təkcə bir xətanı deyil, həm də 4000 il əvvəl riyaziyyat təhsilinin başlanğıcını özündə ehtiva edən unikal bir kəşfi nümayiş etdirir.
Lövhə müəllimin qeydi ilə düzəldilməmiş olsa da, qeyri-dəqiqliyinə baxmayaraq, Live Science-a görə bizə eramızdan əvvəl 3500-cü ildə Kişdəki həyatı araşdırmaq imkanı verir. Üstəlik, bu lövhə yazının ilk dəfə biznes, mühasibat uçotu və riyaziyyat hesabatları üçün icad edildiyi bir dövrü əks etdirir. Bu, o dövrdə insanların düşünmə və işləmə tərzini öyrənmək üçün qiymətli bir mənbədir.
Live Science vurğulayır ki, "riyaziyyat təhsilinin yüksəlişi" sosial və mədəni inkişaflarla paralel olaraq baş verib və böyük imperiyaların yüksəlişi ilə sıx bağlı olub.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
