Bu gün:

Dünyanın ən çox satılan kitabları


Bu siyahı sadəcə statistik məlumatdır və burada yer alan kitablar oxumaq üçün tövsiyə kimi təqdim olunmur. Siyahıda dünya ədəbiyyatının ən çox satılan kitabları toplanıb. Gəlin bu əsərlərə birlikdə nəzər yetirək!

1. Çarlz Dikkens — “İki şəhərin Nağılı”

1859-cu ildə çap olunan bu əsər 200 milyondan çox nüsxə ilə dünyanın ən çox satılan kitabı kimi tanınır. Tarixi roman Fransa İnqilabı dövründən bəhs edir və oxucuları dərindən düşündürən hekayəyə sahibdir.

2. Antuan de Sent-Ekzyuperi — “Balaca şahzadə”

1943-cü ildə fransız dilində nəşr olunan bu təsirli hekayə, planetləri gəzən bir oğlanın macəralarından bəhs edir. Kitab indiyə qədər təxminən 200 milyon dəfə satılıb və həm uşaqlar, həm də böyüklər üçün əvəzsiz oxu təcrübəsi təklif edir.

3. Paulo Koelyo — “Kimyagər”

1988-ci ildə portuqal dilində nəşr olunan bu roman qısa müddətdə bir çox dillərə tərcümə edilib və beynəlxalq bestseller olub. Ümumilikdə, təxminən 150 milyon nüsxə ilə siyahıda üçüncü yerdədir.

4. Coan Roulinq — “Harry Potter: Fəlsəfə daşı”

1997-ci ildə nəşr olunan bu kitab, Harry Potter seriyasının ilk hissəsidir. Dünyada təxminən 120 milyon nüsxə satılaraq, uşaqlar və böyüklər üçün əfsanəvi bir dünya yaradıb.

5. Aqata Kristi — “On kiçik hindli”

1939-cu ildə çap olunan bu detektiv roman təxminən 100 milyon nüsxə satılıb. Qərbdə siyasi düzgünlük baxımından “Və Sonra Heç Biri” adı ilə tanınır.

6. Cao Xueqin — “Qırmızı otaqdakı yuxu”

Bu klassik Çin romanı, 18-ci əsrdə yazılıb və təxminən 100 milyon nüsxə satılaraq dünya ədəbiyyatında öz mövqeyini qoruyur.

6. Klayv Lyuis — Şir, cadugər və qarderob

1950-ci ildə nəşr olunan bu əsər, uşaqlar üçün ən çox sevilən fantastik romanlardan biridir. Kitab bu günə qədər təxminən 85 milyon nüsxə satılıb.

7. Den Braun —  Da Vinçi şifrəsi

2003-cü ildə çap olunan bu müəmma dolu roman 81 milyon nüsxə ilə böyük uğur qazanıb. Tarixi və dini sirlərlə zəngin olan əsər, geniş müzakirələrə səbəb olub.


Mənbə: vasyaznaet .ru
Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et