
Qlobal kulinariya dünyası hər kəsin zövqünə uyğun yeməklərlə doludur, amma bəzi yeməklər var ki, onlar yalnız yüksək gəlirli və lüks həyat tərzi yaşayanlar üçün nəzərdə tutulub.
Həmin bahalı yeməklərin bir neçəsini sizə təqdim edirik:
1. Louis XIII pizza - Dünyanın ən bahalı pizzası
Qiymət: 12,000 dollar
Salernoda yerləşən Agropoli restoranında İtaliyanın məşhur pizza ustası və Italian Acrobatic Pizza Team-in üzvü Renato Viola tərəfindən hazırlanan Louis XIII Pizza dünyanın ən bahalı pizzası hesab olunur. Bu 20 sm-lik pizza üzərində yalnız ən seçmə və lüks inqrediyentlərdən istifadə olunur.
Bu pizza yalnız xüsusi qab-qacaq və alətlərlə təqdim edilir və hər bir detal unudulmaz qastronomik təcrübə yaratmaq üçün düşünülmüşdür.
2. Beluga restoranında almas kürü – Dünyanın ən bahalı kürüsü
Qiymət: 9,884 dollar
Dubayın lüks Beluga restoranı, dünyanın ən bahalı kürüsü olaraq Guinness Rekordlar Kitabına daxil olmuş Almas kürüsünü təqdim edir. Bu nadir və dəyərli delikates yalnız İranın Albino Huso nərə balığından əldə olunur, bu balıqlar isə Xəzər dənizinin ən saf yerlərində tapılır.
Almas kürüsü ilə yanaşı, xüsusi olaraq, 24 karat qızıldan hazırlanmış, 422 dollar dəyərində Qızıl Siqar da təqdim olunur.
3. Dünyada ən bahalı tako – Frida's restoranı, Grand Velas Los Kabos, Meksika ($25,000)
Qiymət: 25,000 dollar
Grand Velas Los Kabos Resort-un Frida's Restoranında baş aşpaz Juan Liserio Alkala tərəfindən hazırlanan dünyanın ən bahalı tako yeməyi təqdim olunur. Bu kulinariya şah əsəri ən incə və lüks inqrediyentlərdən ibarətdir.
Tako qızıl ləçəklərlə zənginləşdirilmiş qarğıdalı tortilası üzərində təqdim edilir. Təzə orqanik inqrediyentlərdən istifadə edildiyi üçün bu takonun hazırlanması cəmi 45 dəqiqə çəkir.
Mənbə: Dubai Sotheby's International Reality
Tərcümə etdi: Arzu Qafarova
