Bu gün:

Dünyanın ən qəribə adətləri


Planetimiz müxtəlif və rəngarəng mədəniyyətlərin bir toxumasıdır. Hər bir mədəniyyət özünəməxsus adət-ənənələri, praktikaları və inancları ilə fərqlənir ki, bunlar əsrlər boyu tarix və coğrafiyanın təsiri ilə formalaşıb. Bu zəngin mədəni mənzərələri araşdırdıqca bəzən bizə qəribə və ya hətta anlaşılmaz görünən adətlərə rast gələ bilərik. Lakin bunlar heç də maraqsız deyil, əksinə, çox düşündürücüdür.

Dünyanın ən maraqlı və qəribə bir neçə adətlərinə birlikdə nəzər salaq:


1. Barmaq Kəsmə, İndoneziya


İndoneziyanın Papua bölgəsində yaşayan Dani qəbiləsi özünəməxsus və ağrılı yas mərasimi ilə tanınır. Bir yaxınlarını itirdikdə, ailənin qadın üzvləri matəm əlaməti olaraq və ölən şəxsin ruhlarını sakitləşdirmək üçün öz barmaqlarının bir hissəsini kəsirlər. Bu ekstremal bədən dəyişikliyi Dani mədəniyyətində yaşayanlarla ölülər arasındakı dərin bağlılığın rəmzi hesab olunur.


2. Kupers yüksəkliyi  pendir yuvarlama, İngiltərə

Hər il İngiltərənin Gloustərşir bölgəsində, dünyanın dörd bir yanından gələn macəra həvəskarları Kupers yüksəkliyi pendir yuvarlama tədbirində iştirak edirlər. İştirakçılar dik bir təpədən yuvarlanan pendir çarxının arxasınca qaçır və təpənin dibinə ilk çatan şəxs pendiri qazanır. Yaralanma riskinə baxmayaraq, bu qəribə ənənə cəsur iştirakçıları cəlb etməyə davam edir.

3. Göy Dəfnləri, Tibet

Tibetin yüksək dağlıq bölgələrində ənənəvi dəfn adətləri çox fərqlidir. Göy dəfnləri, ölü şəxsin cəsədini dağ başına qoyub, təbiətin və vəhşi heyvanların, xüsusən də, qartalların cəsədini yeməsinə buraxmağı əhatə edir. Bu ənənə cəsədin yalnız bir qab olduğu və onu təbiətə və vəhşi həyatla bölüşməyin, ölən şəxsi həyata geri qaytarmağın bir yolu olduğu inancına əsaslanır.

Mənbə: Mirage news


Tərcümə etdi: Arzu Qafarova



Paylaş
Şərh əlavə et