1901-ci ildə dalğıclar Antikitera adasının sahillərində heyrətamiz bir şey kəşf ediblər - eramızdan əvvəl II əsrə aid mürəkkəb mexaniki qurğu. 
Antikitera mexanizmi kimi tanınan bu mexanizm astronomik hadisələri proqnozlaşdırmaq üçün yaradılmışdır.
Bu təqvimin funksionallığına Günəş və Ayın mövqelərini, tutulmalarını izləmək və qədim yunanlar üçün vacib olan tarixləri (məsələn, Olimpiya Oyunları) müəyyən etmək daxildir. Elm adamları onun bir-biri ilə qarşılıqlı əlaqədə olan 30-dan çox elementdən ibarət olduğunu, mürəkkəb mexaniki hərəkətlər yaratdığını aşkar ediblər. Yığılmış mexanizmin təxmini ölçüləri 31,5x17x6 sm-dir, çox güman ki, bu cihaz batmış Roma mədəniyyətinin ən qiymətli əşyası olub.
Bəs qədim mühəndisliyin bu şah əsərini kim yaradıb? Bu möcüzənin arxasında kim dayanır?
Mütəxəssislərin fikrincə, mexanizmi böyük memar və alim Arximed və ya onun tələbələri yarada bilərdi. O qədər mürəkkəb olub ki, bəzi alimlər onu kompüterin ilk versiyası hesab edirlər. Ola bilsin ki, qədim yunanlar Olimpiya Oyunlarını unutmaqdan qorxurdular və bu qurğu vasitəsilə bildirişlər alırdılar: "Oyunlara 3 ay qalıb, qaçmağa başlamaq vaxtıdır!"
Antikitera Mexanizmi qədim mühəndislərin əsl dahi olduqlarının sübutudur. O bizə öyrədir ki, bəzən ən çətin suallarımızın cavabını keçmişdə tapmaq olar. Mexanizm hazırda Afinada Milli Arxeologiya Muzeyində saxlanılır.
Mənbə: dzen.ru
Tərcümə etdi: Səid Quliyev
